0
Saturday 21 December 2013 - 16:37

Avropa Birliyi İsraili sanksiyalar ilə xəbərdar edib

Story Code : 332880
Avropa Birliyi İsraili sanksiyalar ilə xəbərdar edib
Avropa Birliyi İsraili sanksiyalar ilə xəbərdar edib
“Associated Press” xəbər agentliyinə telefon vasitəsi ilə müsahibə verən Andreas Reynik deyib ki, birliyin 28 üzvü arasında İsrail mallarının baykot edilməsi haqqında fikirlərə dəstək durmadan artır.

“Bu sahə üzrə xeyli irəliləyiş var. Mən fikirləşirəm ki, 28 üzv dövlət arasında artıq belə bir fikir formalaşıb ki, İsrailin yürütdüy məskunlaşma siyasəti beynəlxalq qanunlar çərçivəsində qeyri qanunidir.”

Sonuncu Fələstin – İsrail danışıqları 2010-cu ilin sentyabr ayında Tel Əviv işğal edilmiş Qərb Sahilində məskunlaşma fəaliyyətini dayandırmaqdan imtina etdikdən sonra pozuldu.

İsrail rəsmiləri bu yaxınlarda elan edərək bildiriblər ki, BMT və beynəlxalq ictimaiyyətin etirazlarına baxmayaraq İsrail rejimi işğal edilmiş Fələstin ərazilərində minlərlə yeni məskunlaşma əraziləri inşa etməyi planlaşdırır.

İsrail rejiminin Fələstin torpaqlarında mövcud olması və məskunlaşma siyasətini genişləndirməsi Yaxın Şərqdə stabilliyin və sülhün əldə edilməsində ən böyük maneəyə çevrilib.

1967-ci ildə İsrailin işğal etdiyi Fələstin əraziləri olan Qərb Sahili və Şərqi Qüdsdə salınmış 120 qeyri qanuni yaşayış məskənlərində yarım milyondan çox israilli məskunlaşıb.

BMT və əksər dövlətlər İsrailin məskunlaşma siyasətini qeyri qanuni hesab edirlər, çünki bu ərazilər 1967-ci iləd İsrail tərəfindən işğal edilib və Cenevrə Konvensiyasının qanunlarına əsasən işğal edilmiş ərazilərdə hər hansı bir tikinti işləri aparmaq qeyri qanunidir.
Source : Islamtimes
Comment