0
Thursday 26 December 2013 - 12:43
Amerikalı ekspert Gordan Duff

İsrail 11 sentyabr hücumundakı rolunu gizlədir

Story Code : 334442
İsrail 11 sentyabr hücumundakı rolunu gizlədir
İsrail 11 sentyabr hücumundakı rolunu gizlədir
Press TV-yə müsahibə verən kəşfiyyat üzrə ekspert deyib ki, ABŞ-dakı İsrail lobbisi Konqresin 2001-ci il 11 sentyabr terror hücumu haqqında hazırladığı və orada İsrailin bu hücumda iştirakına dair sübutların mövcud olduğu 28 səhifəlik sənədi gizlətməyə çalışır.

Amerikalı ekspert Gordan Duff çərşənbə günü deyib: “11 Sentyabr terror hücumu haqqında Konqresin apardığı 800 səhifəlik araşdırmanın 28 səhifəsi “Xarici dəstəyin xüsusi mənbələri” adı altında gedir və araşdırma hesabatın bu hissəsi sabiq prezident Corc Buşun şəxsən xahişi ilə Ağ Ev tərəfindən hesabatdan çıxarılıb.

Daha sonra redaktə edilərək Konqresə təqdim edilmiş hesabatda təxminən 10 min söz çıxarılmışdır.

Amerikalı analitik İsrailin ABŞ-dakı ən güclü lobbisi olan Amerika İsrail İctimai Əlaqələr Komitəsinin hesabatdan çıxarılmış bu hissəni gizlətməyə çalışdığını və o məlumatda 11 sentyabr hücumunda İsrailin bir başa əli olması haqqında sübutların olduğunu bildirmişdir.

Duff deyib: “Bu son zamanlar aşkara çıxan ən əhəmiyyətli sübutlardır və İsrail lobbisi Konqresə təziq edərək bu hissənin hesabatdan çıxarılmasına nail olub.”
O sözünə davam edərək deyib ki, ən aydın olan məsələ budur ki, İsrail lobbisinin müttəfiqlərindən çoxunun redaktə edilməmiş hesabata çıxışları var.

2001-ci il 11 sentyabr tarixində ABŞ-a bir neçə əvvəlcədən planlşadırılmış hücumlar həyata keçirildi və nəticədə 3 min insan həlak oldu.

ABŞ hökuməti tərəfindən verilən rəsmi açıqlamaya görə 11 sentyabr hücumu zamanı 19 əl Qaidə terroristi kommersiya sərnişin təyyarələrini ələ keçirmiş və onlardan ikisini Nyu Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin qoşa binalarına çırpmışdılar.

Terroristlər üçüncü təyyarəni isə Pentaqon binası vurmuşdular.
Hücumdan sonra ABŞ hökuməti ABŞ-a edilən terror hücumunun araşdırılması üçün Milli Komissiya yaratdı.

Duff deyib ki, bütün administrasiya – Konqres və Pentaqon liderləri, CİA, NSA və digər təşkilatlar o hesabatda nəyin oldğunu yaxşı bilirlər. Onlar hamısı 11 senyatbr komissiyasına yalan deyiblət. Onlar xalqı aldadıblar.

ABŞ Buş administrasiyası zamanı 11 sentyabr hadisəsində əl Qaidə terror təşkilatının əli olduğunu bəhanə gətirərək Əqanıstana hücum etdi və Taliban rejiminin hakimiyyətdən devirdi.

Terror ilə müharibə kimi tanınan qlobal ABŞ hərbi kompaniyası halhazırki prezident Barak Obama tərəfində son qoyulacağı bildirilsə də əksinə Barak Obama dövründə ABŞ hərbi əməliyyatları daha da genişlənmiş və bir sıra ölkələrdə xeyli günahsız insanın həyatına son qoymuşdur.
Source : Islamtimes
Comment