0
Sunday 29 December 2013 - 23:52

Beyrutda baş verən partlayışın arxasında əl Qaidə durur

Story Code : 335508
Beyrutda baş verən partlayışın arxasında əl Qaidə durur
Beyrutda baş verən partlayışın arxasında əl Qaidə durur
Livanın 14 Mart Aliyansı cümə günü Livanın paytaxtı Beyrutda sabiq maliyyə naziri Muhəmməd Çatahın həlak olması ilə nəticələnən partlayışın arxasında Livan müqavimət hərəkatı Hizbullahın dayandığını bildirmişdir.

Ancaq Livanın gündəlik dərc edilən Əs Səfir qəzetinin şünbə günü verdiyi məlumata əsasən ilkin nəticələr Hizbullahın bu hadisədə əli olmadığını göstərib.

Bu arada təhlükəsizlik qüvvələri deyib ki, onlar cənub şəhəri olan Sidonda bir ay əvvəl maşın oğurlayıb əl Qaidəyə bağlı olan Fətəh əl İslam qrupunun liderinə təhvil verdiklərini etiraf edən iki şəxsi həbs ediblər.

Livanın Ali Müdafiə Şurasının üzvləri ilə görüş keçirən Livanın baş naziri Nəcib Mikati dərhal birlik hökumətinin formalaşmasına əmr edib və bu partlayışın ölkənin stabilliyini hədəfə aldığını deyib.

Mikati deyib: “Partlayış Livanın stabilliyini hədəfə alıb. İndi siyasi gedişatlar yaradaraq kimlərisə ittiham etmək vaxtı deyil. İndi müxtəlif partiyalar arasında güvən və əməkdaşlıq yaratmaq asan məsələlərdəndir.”

Baş nazir əlavə edərək deyib: “Biz münaqişəyə son qoymaq və hər kəsin yer alacağı hökuməti formalaşdırmaq üçün dialoqlara geri qayıtmalıyıq.”

Sabiq siyasətçinin qətli ilə nəticələnən sui qəsdin son nəticələri hələ elan edilməsə də analitiklər 14 mart aliyansının Hizbullahı ittiham etməsini rədd ediblər.

Siyasi şərhçi Rifat Bədəvi deyib: “Araşdırma nəticəsində dərc edilən nəticələr doğrudur. Hizbullahın bu cür hadisəni həyata keçirməsi üçün heç bir səbəb və bəhanə yoxdur. Butün araşdırmalar göstərir ki, əldə edilən nəticələr Hizbullahın bu partlayışda əli olmasını rədd edir və bu ittiham müqavimət hərəkatına qarşı yönəlmiş növbəti təxribatdır.”

Bədəvi deyib ki, Təkfirçi qruplar siyasi gedişatı dəyişmək üçün bəzi xidmət orqanlarının əlində oyuncağa çevriliblər.
“Əl Nusra cəbhəsi, Ceyş-əl İslam və Fəth əl İslam birlikdə çalışır və ərəb ölkələrində və Livanda Amerika-Sionist maraqlarını həyata keçirirlər.”

Cümə günü paytaxt Beyrutun mərkəzində Livan parlamenti və 14 Mart Aliyansının baş binaları yaxınlığında baş verən partlayışa görə məsuliyyəti hələ ki, heç bir qrup öz üzərinə götürməyib.
Partlayış nəticəsində Çatahın cangüdəni və ən azı üç nəfər həalk olmuş və 70 nəfər isə yaralnmışdır.
Source : Islamtimes
Comment