0
Wednesday 1 January 2014 - 16:36

Daha bir Qarabağ qazisi ağır vəziyyətdədir

Story Code : 336362
Daha bir Qarabağ qazisi ağır vəziyyətdədir
Bu barədə Deyerler.org-a Yusif Rzayevin əmisi oğlu Bəhram Rzayev məlumat verib.
Ağdərə istiqamətində gedən döyüşlər zamanı tank partlaması nəticəsində iki gözünü itirən Qarabağ qazisi indiyə qədər dövlətin ona verdiyi evi də ala bilmir: “Yusif Rzayev Ağdərə istiqamətində gedən döyüşlər zamanı tank partlaması nəticəsində iki gözünü itirib və dünya işığından məhrum olub. Onun fiziki imkansızlığını nəzərə alaraq onun dediklərini sizlərə çatdırıram:
4-5 ildir ki, prezidentin sərəncamı ilə ona verilən evi hələ də ala bilmir.
Bütün yerli təşkilatlar onu aldadır və get-gələ salır.
8 dəfə səhhətinə görə əməliyyat olunub və boğazında qoyulmuş boru sınıb. Hazırda təcili əməliyyata ehtiyacı var.
Müraciət etdiyi ünvanlarda laqeyd münasibətə görə canına intihar etmiş qazi yoldaşı Zaur Həsənovun qatilinin və qatillərinin cəzalandırılmasını tələb edir”.
Comment