0
Friday 3 January 2014 - 22:52

ASO rəhbəri: Suriyalı üsyançılar Səudiyyə və ABŞ tərəfindən maliyyələşir

Story Code : 337224
ASO rəhbəri: Suriyalı üsyançılar Səudiyyə və ABŞ tərəfindən maliyyələşir
ASO rəhbəri: Suriyalı üsyançılar Səudiyyə və ABŞ tərəfindən maliyyələşir
Azad Suriya Ordusunun Şərq Cəbhəsinin komandiri Əs Səddam əl Camal Suriya müxalifət veb səhifəsinə göndərdiyi video çıxışında bildirib ki, qrup komandirləri tez-tez Səudiyyə Ərəbistanın müdafiə nazirinin müavini Salman bin Sultanın iştirakı ilə yuxarıda adı çəkilən Ərəb dövlətlərinin kəşfiyyat xidmətlərinin nümayəndələri ilə görüşürlər.

O deyib ki, Suriyada olan üsyançı qruplar artıq Suriyada həyata keçirdikləri əməliyyatlara görə Qətər, Səudiyyə Ərəbistanı və ABŞ-dan xeyli miqdarda pul alıblar.

Camal deyib: “Ərəb və digər dövlətlərin kəşfiyyat nümayəndələri ASO komandirləri ilə görüşərək onlardan digr qruplara bağlı olub olmadıqlarını və həmçinin Suriyada döyüşən digər ekstremist qruplar haqqında suallar soruşurlar.”

O həmçinin əlavə edərək deyib ki, bu dövlətlərin kəşfiyyat orqanları Suriyaya casus yerləşdirirlər və ASO-nu gizli məlumatlar haqqında məlumatlandırırlar.

Sahə komandirinin bildirdiyinə əsasən Salman bin Sultanın da iştirak etdiyi bu görüşlərdən birində Səudiyyə rəsmiləri ASO komandirlərindən Suriya ordu bazalarına edilən hücum və aldıqları maliyyə və silah yardımı haqqında hesabat təqdim etmələrini tələb etmişdilər.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Xaricdən dəstək alan silahlı üsyançılar münaqişə zamanı ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda dinc insanı qətlə yetiriblər. Məlumat və faktlara əsasən Qərb və onun regional müttəfiqləri olan Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə suriyda prezident Bəşər Əsəd hökumətinə qarşı döyüşən üsyançılara dəstək verirlər.

9 Dekabr tarixində BMT Səudiyyə Ərəbistanından əl Qaidə terror şəbəkəsinə bağlı qrupları maliyyələşdirməkdən və ölkədə terrorizim alovunu qızışdırmaqdan əl çəkməsini tələb edib.

BMT-nin verdiyi məlumata əsasən münaqişə nəticəsində Suriyada 100 mindən çox insan həlak olmuş və milyonlarla insan isə öz evindən didərgin düşmüşdür.
Source : Islamtimes
Comment