0
Friday 3 January 2014 - 23:54

Analitik: Səudiyyə Ərəbistanı anti-Şiə fəaliyyəti təbliğ edir

Story Code : 337238
Analitik: Səudiyyə Ərəbistanı anti-Şiə fəaliyyəti təbliğ edir
Analitik: Səudiyyə Ərəbistanı anti-Şiə fəaliyyəti təbliğ edir
Siyasi analitik Patrik Kokburn deyib ki, Riyad və Fars Körfəzi dövlətləri tərəfindən maliyyələşdirilən Təkfirizim bütün müsəlman dünyasında məzhəblər arası münaqişəni qızışdıraraq vətəndaş müharibəsi yaratmaq istəyirlər.

O deyib: “Anti-Şiə təbliğat tez-tez qan tökülməsinə səbəb olur və açıq-aşkar şəkildə dini müharibəyə çağırışdır.”
Kokburn əlavə edərək deyib ki, Səudiyyə rejimi tərəfindən maliyyələşdirilən anti-Şiə peyk televiziyaları şiələri ləkələmək üçün geniş təbliğatlar aparırlar.

O deyib: “Şiə aktivistlər əsasən 2009-cu ildə yaradılmış və geniş şəkildə anti-şiə təbliğatı ilə məşğul olan iki peyk televiziyasını – Səfa TV və Visal TV-ni göstərirlər.”

Analitik qeyd edərək bildirib ki, Səudiyyəli din alimləri YouTube, Facebook və Twitter kimi müasir texnalogiyalardan istifadə edərək daha geniş kütləyə anti-şiə təbliğatı aparır və ekstremist fikirləri yayırlar.

O Suriyada fəaliyyət göstərən xaricdən dəstək alan üsyançılar haqqında aparılmış tədqiqata istinad edərək deyib ki, ekstremsit döyüşçülərin əksəriyyəti Suriyaya Səudiyyə Ərəbistanından gəlib.

O əlavə edərək deyib ki, üsyançıların böyük hissəsi məzhəbi təşkilatlar olan və əl Qaidə terror şəbəkəsinə bağlı olan Əl Nusra Cəbhəsi və İraq İslam Dövləti terror qruplarına qoşulublar.

Kokburn deyib: “Ən təhlükəli hadisə budur ki, dini inancdan təsirlənən xarici döyüşçülər Suriyaya gedərək orada sui qəsdçi terroristlərə çevrilirlər.”

O deyib ki, Səudiyyə Ərəbistanı və onun regional müttəfiqləri peyk təleviziya şəbkələrini maliyyələşdirərək Yaxın Şərqdə terrorizm ideyalarını təbliğ edirlər.

Kokburn qeyd edərək bildirib ki, Səudiyyə rejimi və digər monarxiya rejimləri şəxsi maliyyə yardımları vasitəsilə Təkfirizmi dəstəkləməyə davam edir.
Source : Islamtimes
Comment