0
Wednesday 11 August 2010 - 07:07

"İsrail törədiyi cinayətin, hesabını verməlidir "

Story Code : 33794
"İsrail törədiyi cinayətin, hesabını verməlidir "
"İsrail törədiyi cinayətin, hesabını verməlidir "
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İsrailin yardım gəmilərinə hücumu ilə bağlı BMT-nin başlatdığı beynəlxalq istintaqa güvəndiklərini söyləyib.
"İsrail beynəlxalq sularda cinayət törədib, bunun hesabını da verəcək" deyən Davudoğlu komissiyanın işinin nəticəsini gözlədiklərini bildirib.
Nazir qeyd edib ki, hər kəs bu nəticələri gözləməlidir: "BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərar əsasında baş katibliyin bu komissiyanı yaratması çox önəmlidir. Baş katib də dünən Netanyahunun açıqlamalarına lazımi cavab verib. Komissiyanın tərəfsiz şəkildə bu məsələni bütün detallar üzrə araşdıracağına inanırıq".
Davudoğlu sözlərinə "Kimsə beynəlxalq sularda törədilən cinayəti - insanların öldürülməsinin günahını başqalarına yükləyə bilməz" deyə davam edib: "Hər şey çox açıqdır. İsrail beynəlxalq sularda mülki şəxsləri öldürüb. Hər şeydən əvvəl bunun məsuliyyətini daşımalıdırlar. Ancaq biz komissiyanın bu istiqamətdə görəcəyi işlərə güvənirik. Bu işin sonunda beynəlxalq hüquqa uyğun nəticəyə gəlinəcəyinə ümid edirik. Bu məsələdə Türkiyənin heç bir məsuliyyəti yoxdur. Türkiyə öz vətəndaşlarının hüququnu qorumaqda qərarlıdır".
Comment