0
Wednesday 8 January 2014 - 14:42
Şəhid dünyagörüşü 24

Üstün həyat

Story Code : 338872
Suriyada Şəhid olan Hizbullah əsgəri Şəhid Mehdi yaği
Suriyada Şəhid olan Hizbullah əsgəri Şəhid Mehdi yaği
“Həyat ölümün işğal meydanı, ömür günlərinin keçdiyi yer, yoxluq diyarına tələsməkdir. Ölümdən qaçmaq, ölümə üz gətirmək və özünü fironlar kimi qəflət burulğanı və cəhalət tufanında avara qoymaqdır.

Qəlbi qara dünyapərəst insanlar hər cəhətdən günah, fəsad, azğınlıq və cinayət yollarını tutaraq açıq-aydın düzlük, hidayət və nicat yollarına göz yumublar. İndi isə seçdikləri fitnə və fəsadları gerçəkləşdirməyə çalışmaqdadırlar.

Qəti şəkildə deyə bilərəm ki, belə şeyləri onlardan gözləmək təəccüblü və qəribə hal deyil. İblisin vəsvəsə və tilsimlərini uzaqlaşdıran bəndəlik və ibadət keyfiyyətini artırmaqla yardım üçün əlimizi Allah - Taalaya açırıq.

Alçaq arzuların və nəfsi istəklərin toruna düşməməkdə bizə yardım etməsini acizanə şəkildə Ondan diləyirik. Bu dünya, sizi o dünyanın uca nöqtəsindən tənəzzül etməyə hazırlayan bir viranədir.

Siz, Allahın bəndələri bilin ki, nəticədə iki günlük dünya da bitəcəkdir və bu qısa və keçici ömür sürətlə tükənəcəkdir. Necə ki, keçmişdə olanlar üçün ömür keçmiş və keçən ömür geri qayıtmamışdır. Mövcud aləm bal və zəhəri ilə heç vaxt sabit qalmayacaqdır.

Dünyanın bugünü o qədər qısadır ki, sabahın ölümü sizə yetərincə yaxındır. Keçmişdəkilərin dəftərindən ibrət alın, hikmət öyrənin. Əbədi cənnətin necə əzəmətli və misilsiz olduğunu bilsəydiniz, dünyanın xam xəyallarını başdan atar və ona qovuşmaq üçün ixlasla can qurban edərdiniz”.

Iran - Şəhid Səfər İsgəndəri
Source : Islamtimes
Comment