0
Saturday 11 January 2014 - 00:52
Cək Strou

ABŞ və Britaniya İrana qarşı düşmən münasibəti bəsləyiblər

Story Code : 339837
ABŞ və Britaniya İrana qarşı düşmən münasibəti bəsləyiblər
ABŞ və Britaniya İrana qarşı düşmən münasibəti bəsləyiblər
Strou və Britaniya parlamentinin digər üç üzvü bu həftə İrana səfər ediblər və bu səfərdən məqsəd 2011-ci ildə Tehranda yerləşən Britaniya səfirliyi hücuma məruz qaldıqdan sonra Britaniya və İslam Respublikası arasında korlanan əlaqələri bərpa etmək məqsədi güdür.

Halhazırda parlament üzvü olan Strou BBC radiosuna müsahibə verərək deyib ki, onun nümayəndə heyəti prezident Şeyx Həsən Ruhani hökuməti tərəfindən çox yaxşı qəbul edildi və orada Qərb ilə yaxınlaşmaya qarşı mühüm optimizim hiss etdi.

Strou deyib: “Bunun çox-çox uzun bir tarixi var, bir tərəfdə İran, digər tərəfdə isə ABŞ və Böyük Britaniya.”

O deyib: “Əgər sən iranlı, sadəcə adi bir iranlı olsaydın, sən ABŞ və Böyük Britaniyanın uzun müddət düşmən olduğunu fikirləşdiyinə görə bağışlana bilərdin və həqiqətən də biz bu cür olmuşuq.”

O faktiki olaraq baş nazir olan Muhəmməd Musəddiqin devrilməsi üçün həyata keçirilmiş təxribata toxunaraq deyib: “Biz İranda demokratik yol ilə seçilən prezidenti devirmək üçün birgə çevriliş hazırladıq və biz şahı dəstəkləməklə çox-çox pis bir yol seçdik.”
Source : Islamtimes
Comment