0
Monday 13 January 2014 - 12:51

Suriyada daha bir azərbaycanlı öldürülüb

Story Code : 340507
Suriyada daha bir azərbaycanlı öldürülüb
APA-nın xəbərinə görə, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb. 
Məlumata görə, “İraq-Şam İslam Dövləti” terror qruplaşmasının üzvü “Abdurrahman” ləqəbli azərbaycanlı Azad Suriya Ordusu tərəfindən öldürülüb. Onun Sumqayıt şəhərindən olduğu bildirilir.
“Abdurrahman” ləqəbli azərbaycanlı terroristin ailəsinin də hazırda Suriyada olduğu bildirilir. Onun Süleyman adında qardaşı da hazırda Suriyada vuruşur.
Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu terroristlər tərəfindən sosial şəbəkələrdə yayılıb.
Comment