0
Saturday 18 January 2014 - 23:06

Hillari Klinton: ABŞ İsrailə İrana hücum etmək üçün “yaşıl işıq” verməlidir

Story Code : 342611
Hillari Klinton: ABŞ İsrailə İrana hücum etmək üçün “yaşıl işıq” verməlidir
Hillari Klinton: ABŞ İsrailə İrana hücum etmək üçün “yaşıl işıq” verməlidir
ABŞ dövlətinin sabiq rəsmiləri “Time” jurnalına verdikləri müsahibədə deyiblər ki, Klinton bu haqda təklifi 2010-cu ildə ABŞ-ın İsrailin İran nüvə obyektlərinə hücum edə biləcəyindən narahat olduğu bir vaxtda Ağ Evdə təşkil edilən görüş zamanı etmişdir.

Klinton həmin vaxt təklif edərək bildirmişdir ki, İsrailin qarşısını almaq əvəzinə Vaşinqton problemi bizim əvəzimizə həll etməsi üçün İsrailə taktiki yaşıl işıq verməlidir.

Məlumatda həmçinin sabiq rəsmilərdən birinin bildirdiyinə əsasən sabiq dövlət katibi bu fikirin qəbul edilməsinə təkid etmədi, o sadəcə bu məsələnin üzərində düşünülməsinin vacibliyini vurğuladı, ancaq onun bu təklifi Obama administrasiyası tərəfindən müsbət qarşılanmadı.

Bu arada sabiq Pentaqon rəhbəri Robert Gates-in yenicə dərc edilmiş kitabında deyilir ki, dövlət rəsmiləri həmçinin prezident Barak Obamanı bu cür hücum baş verdiyi halda İran tərəfindən ölümcül hücum ilə xəbərdarlıq ediblər.

Gates yazır: “Mən fikirləşirəm ki, biz hərbi cəhətdən İsrailin mümkün hücumuna və İranın cavab zərbəsinə hazırlaşmalıyıq.”

2010-cu ilin yanvar ayında sabiq müdafiə naziri həmçinin prezident Obamanı İsrail hücumunun qollara parçalanacağı və ABŞ-ın sonradan bu müharibəyə girmək məcburiyyətində qalacağı haqqında da xəbərdar etmişdir.

Halhazırda isə Amerika İsrail İctimai Əlaqələr Komitəsi də daxil olmaqla bir sıra İsrail lobbiləri çalışır ki, İran əleyhinə yeni sanksiyaların tətbiq edilməsinə nail olsunlar.

Senator Mark Kirk və Robert Menendez tərəfindən keçən ay təklif edilmiş sanksiya haqqında qanun layihəsi senatın 100 nəfərlik üzvündən 59 nəfərin dəstəyini qazanıb.

Ağ Ev xəbərdarlıq edərək bildirib ki, İrana qarşı yeni sanksiyaların tətbiq ediməsi “müharibəyə çağırış” hesab edilə bilər və bu qanun layihəsini dəstəkləyən senatorlar həqiqətdə İrana qarşı hərbi əməliyyatın tərəfdarı olduqlarını etiraf etməlidirlər.
Source : Islamtimes
Comment