0
Saturday 18 January 2014 - 23:33

İranın Cenevrə konfransında iştirak etməməsi ABŞ-ın əsas strateji səhvidir

Story Code : 342625
İranın Cenevrə konfransında iştirak etməməsi ABŞ-ın əsas strateji səhvidir
İranın Cenevrə konfransında iştirak etməməsi ABŞ-ın əsas strateji səhvidir
Press TV-yə müsahibə verən siyasi analitik deyib ki, İranın Suriyada mövcud olan münaqişəni həll etməyə yönələn konfransda iştirak etməsinin qarşısını almaq ABŞ-ın etdiyi əsas strateji səhvlərdəndir.

Beynəlxalq vəkil və sülh fəalı olan Alfred Lambremont vebre deyib: “ABŞ bir çox ciddi strateji səvhlər edib. Birinci səhv budur ki, onlar regional güc olan dövləti konfransda iştirak etməyə imkan vermirlər və bu dövlət təbii ki, İrandır.”

O deyib ki, Vaşinqtonun digər səhvi parçalanmış Suriya müxalifətini konfransa dəvət etməkdir. Bu addımlar ola bilər ki, ABŞ-ın öz maraqları xatirinədir, ancaq konfrans maraqları çərçivəsinə aid deyil.

Vebre qeyd edərək bildirib: “Əgər ABŞ-da hər hansı bir plan varsa və yaxud hər hansı bir görünməz qüvvə Üçüncü Dünya Müharibəsinə doğru cəhdlər edirsə, bu zaman ən yaxşı seçimlərdən biri konfrans iştirakçılarını vaxtından əvvəl sıradan çıxartmaq və beləliklə də konfransı pozmaqdır.”

Analitik Suriya müxalifət nümayəndələrinə istinad edərək deyib ki, ABŞ-ın Suriyadakı səfiri Robert Ford ərəb ölkəsindəki gələcək hadisələrdə Vaşinqton üzərində daha çox təsir əldə etmək üçün Cenvrə konfransının müvəffəqiyyətsiz başa çatamsını istəyir.

O ABŞ-a və bütün xarici qüvvələrə səslənərək geri çəkilməyi və daxili qüvvələrin öz arasında razılığa gəlməsinə imkan yaratmağa və İranı da masa arxasına gətirəməyə səsləyib, çünki İran regionun əsas dövlətidir və bu konfransının effektli etmək qabiliyyətinə malik olan dövlət də məhz İrandır.

2013-cü il 25 noyabr tarixində BMT 22 yanvar tarixini Suriya münaqişəsinin həllinə yönəlmiş sülh konfransı keçirilmə tarixi elan edib. Bu hadisənin İsveçrədə iki hissədən ibarət olaraq keçirilməsi nəzərdə tutulur.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Xaricdən dəsətk alan silahlı üsyançılar ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda dinc insanları qətlə yetiriblər. Məlumat və faktlara əsasən Qərb və onun regional müttəfiqləri olan Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə Suriyada Bəşər Əsəd hökumətinə qarşı döyüşən üsyançıları dəstəkləyirlər.
Source : Islamtimes
Comment