0
Tuesday 21 January 2014 - 07:18

Pakistanlı jurnalist: Qərbin İranı təcrid etmək planı boşa çıxdı

Story Code : 343653
Pakistanlı jurnalist: Qərbin İranı təcrid etmək planı boşa çıxdı
Pakistanlı jurnalist: Qərbin İranı təcrid etmək planı boşa çıxdı
Bazar günü pakistanlı jurnalist İranın nüvə razılaşmasını alqışlayaraq deyib ki, Qərbin İslam Respublikasını təcrid etmək siyasəti boşa çıxdı.

ATV kanalının xəbər bölməsinin rəhbəri Muhəmməd Əfzal deyib ki, İran Qərbin bütün təxribatları qarşısında səbirlə durub.

Pakistan Federal Jurnalistlər Birliyinin prezidenti öz fikirlərini ifadə edərək deyib ki, Cenevrə razılaşması İranın nüvə enerji proqramı üzərində mövqeyini qoruyub saxlamağa kömək etdi.

O deyib: “Qərb dövlətlərinin İslam Respublikası ilə İranın nüvə enerji proqramı səbəbindən razılığa gəlmələrini görmək həqiqətən də çox gözlədir.”

Analitik əlavə edərək deyib ki, qərb dövlətləri İrana qarşı qeyri qanuni sanksiyalar tətbiq etməklə İranı çökdürmək istədilər, ancaq sonda heç bir şey edə bilmədiklərini gördükdə İrana qarşı münasibətlərini dəyişmək məcburiyyətində qaldılar.

Milli Mətbuat Klubunun sabiq rəhbəri ABŞ-ın İran nüvə danışıqlarına qarşı düşmənçilik münasibəti göstərməməli olduğunu bildirib.

Jurnalist ABŞ-ın İrana qarşı münasibətinə nəzər salmağı və İslam Respublikasının əsas hüquqlarına hörmətlə yanaşmalı olduğunu bildirib.

Muhəmməd Əfzal Butt deyib ki, İran müsəlman dünyasında olan yeganə dövlətdir ki, həmişə qərb hegamoniyasına qarşı müqavimət göstərib. O əlavə edərək deyib ki, İran heç vaxt Sionistlərin Fələstin torpaqlarını qeyri qanuni olaraq işğal etməsini qəbul etməyib.

Jurnalist qeyd edərək bldirib ki, Qərb artıq İranın güclü dövlət olduğunu dərk etmiş və onun dinc nüvə texnalogiyasından əl çəkməyəcəyini anlayıb.

Jurnalist sözlərinə davam edərək bildirib ki, Qərbin İslam Respublikasını tədric etmək siyasəti boş çıxıb və İran nüvə razılaşması dünyaya sülh və stabllik bəxş edəcək.

O əlavə edərək deyib ki, Rusiya İranın nüvə razılaşmasında mühüm rol oynayıb. O deyib ki, Rusiya həmişə dünyada Amerika hegamoniyasına müqavimət göstərib. Rusiya buy olla regionda güc balansını saxlamaq istəyir.
Source : Islamtimes
Comment