0
Wednesday 22 January 2014 - 07:42

Bu gün Ruhullah Axundzadənin ad günüdür

Story Code : 343659
Ruhullah Axundzadə
Ruhullah Axundzadə
Axundzadə Ruhulla Höccətullah oğlu 1955-ci il yanvar ayının 21-i Astara rayonunda dəmiryolçu ailəsində dünyaya gəlib. Orta təhsilini Astara rayonunda alıb, Azərbaycan Texniki Universitetini bitirib. Azərbaycan İslam Partiyasının Astara rayon komitəsinin sədri olub…

R.Axundzadə 2011-ci il Yanvar ayının 21-i öz ad günündə şərlənərək həbs edilib. Artıq 3 ildir ki, heç bir günahı olmadan həbsdədir. Bu üç ildə xəstəlikləri daha da şiddətlənməsinə, infarkt keçirməyinə baxmayaraq zalimlər onu sındıra bilməmişlər.

Ruhullah Axundzadənin 59 yaşı tamam olması münasibəti ilə ailə üzvləri, dostları, qardaşları, nəvələri və başqa tanışları onu təbrik edir, ən xoş arzularını çatdırırlar. Allah-Təala Ruhullah Axundzadənin timsalında bütün zindanda olan qardaşlara haqq mübarizəsində kömək olsun, tezliklə izzəltə qapılarını açsın, düşmənlərini, zalimləri zəlil və xar etsin inşaAllah.
Comment