0
Monday 16 August 2010 - 16:33

İşğal yolunda 2002-ci qurban

Story Code : 34438
İşğal yolunda 2002-ci qurban
İşğal yolunda 2002-ci qurban
Koalisiya qüvvələrin Əfqanıstanda ən böyük canlı itkisi 2009-cu ildə olub. Həmin ili 521 nəfər döyüşçü öldürülüb. 2010-cu ilin bu gününə qədər isə ölən döyüşçülərin sayı 434 nəfərə çatır. Saytın xəbərinə görə, hazırda Əfqanıstanda ABŞ-ın və NATO ölkələrinin 140 min hərbi qulluqçusu var.
ABŞ prezidenti Barak Obamanın Administrasiyasının planına əsasən qoşunların Əsanıstandan geniş masştablı çıxışı 2011-ci ilin iyulunda başlanacaq. Koalisiya ordularının səlahiyyətləri 2014-cü ilə qədər Əfqanıstan polisinə ötürüləcək. Lakin, Əfqanıstandakı Koalisiya qüvvələrin yeni komandanı Devid Petreus yaxın vaxtlarda müsahibədə vurğulayıb ki, onun prezident administrasiyasının müəyyənləşdirdiyi vaxtla bağlı elə bir bilgisi yoxdur. Komandanın sözlərinə görə, Obama açıq şəkildə işarə edib ki, orduların çıxarılması uzun müddətli bir prosesdir.Və bu da reqiondakı situasiyanın vəziyyətindən asılıdır.
Qeyd edək ki, Petreus Əfqanıstandakı Koalisiya qüvvələrinin komandanlığına bu ilin yayında – “Rolling Stone” jurnalına qalmaqallı müsahibə verən keçmiş komandan, general Stenli Makkristalın istefasından sonra gətirilib.
Xatırladaq ki, Əfqanıstandakı hərbi əməliyyatlar 2001-ci ilin oktyabrın 7-də başlayıb. Bu ABŞ-da törədilmiş 11sentyabr terror aktına cavab tədbiridir. 
“iCasualties.org”ın qeydinə görə, orduların Əfqanıstandan çıxarılmasının əleyhdarları Barak Obamanın qərarını səhv adlandırdılar. Onlar bu qənaətidədirlər ki, Koalisiya qüvvələrinin səlahiyyətləri Əfqan polisinə veridikdən sonra Təliban hərəkatının tərəfdarları terrorçuluq əməllərini yenidən canlandıracaqlar. /HaqqYolu/
Comment