0
Monday 16 August 2010 - 16:38

İran zirvələrə doğru addımlayır

Story Code : 34439
İran zirvələrə doğru addımlayır
İran zirvələrə doğru addımlayır
İran Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi jurnalistlərə açıqlamasında 2011-ci ilin aprel ayına qədər uranı zənginləşdirən yeni stansiya inşa edəcəklərini bildirib.
Gələcəkdə uranı zənginləşdirmək üçün daha 20 stansiyasının inşasının nəzərdə tutulduğunu deyən Əli Əkbər Salehi İranın Qərblə nüvə danışıqları aparmağa hazır olduğunu vurğulayıb: “Qərb rəsmiləri mediada İranla nüvə danışıqları aparmağa hazır olduqlarını bildirsələr də, indiyə qədər bizə rəsmi və yazılı müraciət etməyiblər. Danışıqlar qarşılıqlı etimadın yaranmasına kömək edə bilər. Bu hər iki tərəf üçün yararlıdır”.
Apardığı nüvə fəaliyyətinə və uranı zənginləşdirməyi davam etdirdiyinə görə BMT Təhlükəsizlik Şurası bu günə qədər İrana qarşı 4 qətnamə qəbul etsə də, Tehran nüvə fəaliyyətinin dinc xarakter daşıdığını, uranı zənginləşdirməyi dayandırmayacağını bildirib.
Comment