0
Saturday 25 January 2014 - 23:47

Sabiq BMT rəhbəri: İran Yaxın Şərqin stabilliyində əsas rol oynayır

Story Code : 345087
Sabiq BMT rəhbəri: İran Yaxın Şərqin stabilliyində əsas rol oynayır
Sabiq BMT rəhbəri: İran Yaxın Şərqin stabilliyində əsas rol oynayır
Cümə günü İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadiyyat Forumundə Reuters-ə müsahibə verən və 2012-ci ildə beş ay ərzində BMT-Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edən Kofi Annan deyib: “Əgər biz Yaxın Şərqdə sülh və stabilliyin olmasını istəyiriksə, bu zaman İranın regionda sahib olduğu nüfuz və təsiri nəzərə almağımız mühümdür.”

Annan bu açıqlamanı BMT baş katibi Ban Ki-munun ABŞ-ın təsiri altında Suriya münaqişəsini həll etmək üçün nəzərdə tutulan Cenevrə konfransında İranın iştirak dəvətini geri götürdükdən bir gün sonra etdi.

ABŞ, Britaniya, Səudiyyə Ərəbistanı və xaricdən dəstək alan Suriya müxalifəti kəskin şəkildə İranın Cenevrə 2 sülh konfransında iştirakının əleyhinə olublar.

Suriya Milli Koalisiyası adlanan Suriya müxalifəti Cenevrə 2 konfransından təmamilə imtina ilə təhdid etmiş və Vaşinqton demişdir ki, Tehran açıq şəkildə 2012-ci il iyun aıynda təşkil edilmiş Cenevrə konfransının tələblərini dəstəkləmədiyi təqdirdə BMT öz dəvətini geri götürməlidir.

İran isə deyib ki, o heç bir ön şərt olmadan konfransda iştirak etməyə hazırdır.
Cümə gününün ilk saatlarında Cenevrədə Suriya danışıqlarının ikinci günü başa çatdı. BMT-Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Laxdar Brahimi deyib ki, iki günlük danışıqlara baxmayaraq hələ ki, Suriya hökuməti və müxalifəti arasında əsas məsələlər müzakirə olunmayıb.

Suriya 2011-ci ilin mart ayından etibarən münaqişə içərisindədir. Xaricdən dəstək alan silahlı üsyançılar ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda dinc insanları qətlə yetiriblər. Məlumat və faktlara əsasən Qərb dövlətləri və xüsusən də Qərbin regional müttəfqiləri olan Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə Suriya hökumətinə qarşı döyüşən üsynaçıları dəstəkləyirlər.

BMT-nin yaydığı məlumata əsasən dörd milyondan çox suriyalı mövcud münaqişə səbəbindən öz evini tərk etməyə məcbur olmuşdur və münaqişə nəticəsində 100 mindən çox insan həlak olmuşdur.
Source : Islamtimes
Comment