0
Sunday 26 January 2014 - 20:45

İran Britaniya səfirliyini yenidən açmağa hazırdır

Story Code : 345320
İran Britaniya səfirliyini yenidən açmağa hazırdır
İran Britaniya səfirliyini yenidən açmağa hazırdır
İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü olan Abbasəli Mənsuri Arani bu açıqlamanı şənbə günü İRNA xəbər agentliyinə verdiyi müsahibə zamanı edib.

Mənsuri Arani deyib: “Bizim fikrimizcə Britaniya Səfirliyinin Tehranda yenidən açılmasında heç bir problem yoxdur və biz onu yenidən açmağa hazırıq.”

İranlı millət vəkili deyib ki, o Tehranda parlamentdə əlaqələr üzrə qeyri vəntəndaş olan məsul şəxs Ajay Şarma ilə görüşüb.

İran və Britaniya səfirliklərin açılmasının ilkin mərhələsi olaraq 2013-ci ilin oktyabr ayında ikitərəfli əlaqələrə nəzarət etmək üçün qeyi vətəndaş bir şəxsin təyin edilməsi haqqında razılığa gəliblər.

Bundan sonra 2013-cü ilin Sentyabr ayında İran xarici işlər naziri Muhəmməd Cavad Zərif və Britaniya xarici işlər naziri Villiam Hague arasında Nyu Yorkda görüş baş tutdu və görüş zamanı hər iki tərəf Tehran-London münasibətlərinin inkişaf etdirilməsi yollarını müzakirə etdilər.

2013-cü il 19 noyabr tarixində 10 ildən artıq bir fasilədən sonra Britaniya baş naziri David Kameron həmçinin İran prezidenti Həsən Ruhaniyə zəng etmiş bir sıra məsələlər daxil olmaqla iki tərəfli münasibətlərin inkişaf etdirilməsi yollarını müzakirə etmişdilər.

2011-ci il 27 noyabr tarixində Böyük Britaniya İranın nüvə enerji proqramından hərbi məqsədlər üçün istifadə etmək haqqında olan yalnış məlumatlar səbəbindən İran Mərkəzi Bankına sanksiyalar tətbiq etdikdən sonra iranlı millət vəkilləri Britaniya ilə diplomatik əlaqələrin kəsliməsi haqqında qərar qəbul etdilər.

İran Məclisinin qərarından iki gün sonra yüzlərlə iranlı tələbə Tehranda Britaniya səfirliyi qarşısında etiraz nümayişi təşkil etmiş və Britaniya bayrağını yerə endirmişdilər.
Source : Islamtimes
Comment