0
Sunday 26 January 2014 - 22:36

Russell Tribunalı Qərbi İsrail cinayətləri səbəbindən tənqid edib

Story Code : 345391
Russell Tribunalı Qərbi İsrail cinayətləri səbəbindən tənqid edib
Russell Tribunalı Qərbi İsrail cinayətləri səbəbindən tənqid edib
Press TV-nin verdiyi məlumata əsasən Fələstin haqqında təşkil edilən Russell Tribunalı Qərb dövlətlərini İsrailin fələstinlilərə qarşı törətdikləri cinayətlərə göz yumduqları üçün tənqid edib.

Tribunal şənbə günü Fransanın paytaxtı Parisdə konfrans zamanı İsrailin Fələstin torpaqlarını işğal etməsi məsələsini müzakirə edib.

Konfrans iştirakçıları Qərb dövlətlərini və BMT-ni İsrailin işğalına qarşı səssizliyinə görə tənqid ediblər.

Avropa Parlamentinin Belçikalı üzvü Veronique de Keyser Press TV-yə müsahibə verərək deyib: “Avropa Birliyi ilk dəfə olaraq 2006-cı ildə Həmasın seçkilər zamanı qazandığı qanuni qələbəni tanımayaraq Fələstinə xəyanət etdi. Daha sonra İsrailin işğal əməliyyatını davam etdirməsinə baxmayaraq onunla ticarət əlaqələrini yenilədi.”

Russell Tribunalı həmçinin Tel Əviv rejiminə qarşı olan beynəlxalq sanksiya kompaniyasına dəstək nümayiş etdirib.

İsrail çox güman ki, Parisdə təşkil edilən Russell Tribunalının məsləhətlərinə göz yetirəcək. Ancaq buna baxmayaraq rejimə qarşı etirazların artması haqqında şübhələr mövcuddur.

Fələstin üzrə Russell Tribunalı həmçinin İspaniya, Böyük Britaniya, Cənubi Afrika və ABŞda-da təşkil edilmişdir.

Tribunal Beynəlxalq Xalqların Tribunalıdır və Yaxın Şərqdə sülhü və ədaləti bərqərar etmək istəyən geniş qruplar tərəfindən təşkil edilib.

Russell Tribunalı Qərbin beynəlxalq insan hüquqlarının pozulması və hərbi cinayətlərə qarşı səssizlik göstərməsi səbəbindən Qərb dövlətlərini kəskin tənqid etmişdir.
Source : Islamtimes
Comment