0
Sunday 2 February 2014 - 01:44

Dünya İslam İniqlabının 35-ci il dönümünü qeyd edir

Story Code : 347570
Dünya İslam İniqlabının 35-ci il dönümünü qeyd edir
Dünya İslam İniqlabının 35-ci il dönümünü qeyd edir
Mərasimlər şənbə günü yerli vaxt ilə səhər 9:33-də İslam Respublikasının banisi İmam Xomeyninin 1 fevral 1979-cu il tarixində sürgündən öz evinə geri qayıtma vaxtında başladı.

İmam Xomeyni ömrünün 14 ilindən çoxunu sürgündə keçirib. Əsasən də İraqın müqəddəs Nəcəf şəhərində. O həmçinin İrana qayıtmamışdan əvvəl Türkiyə və Fransada sürgündə olub.

İmam Xomeyninin sürgündən Tehrana qayıtması günü ənənvi olaraq 10 günlük mərasimlərin başlaması ilə qeyd edilir və 11 fevral tarixində İslam İnqilabının qələbəsi ilə ümumxalq yürüşləri ilə müşayiət olunur.

Bu arada İslam İnqilabının Rəhbəri Ayətullah əl üzma Seyyid Əli Xamenei şənbə günü səhər İslam İnqilabının banisi mərhum İmam Xomeyninin Tehranın cənubunda yerləşən məzarini ziyarət edib.


35 il əvvəl İran xalqı ABŞ-ın dəstəklədiyi Pəhləvi rejimini devirərək ölkədə 2500 illik mövcud olan monarxiya rejiminə son qoydular.

Mərhum İmam Xomeyninin rəhbərliyi ilə İslam İnqilabı İslami dəyər və demokratiyaya əsaslanan yeni siyasi sistemin əsasını qoydu.
10 günlük mərasimlər zamanı iranlılar İslam İnqilabının qələbəsini qeyd etmək üçün müxtəlif tədbir və fəaliyyətlərdə iştirak edirlər.
Source : Islamtimes
Comment