0
Monday 3 February 2014 - 21:18

“The Economist”dən Ərdoğan yazısı: “Boğazdakı Dəlilik”

Story Code : 348123
“The Economist”dən Ərdoğan yazısı: “Boğazdakı Dəlilik”
“The Economist”dən Ərdoğan yazısı: “Boğazdakı Dəlilik”
“The Economist” jurnalı “Boğazdakı Dəlilik” başlıqlı yazısında Baş nazir Rəcəb Tayyib Ərdoğanın korrupsiyalarla bağlı topu “faiz lobbisinə” atmasının seçicinin gözündə kifayət qədər qane edici olmayacağını qeyd etdi.

Bir müddət əvvəl keçmiş Mədəniyyət Naziri Ərtoğrul Günayın twitter hesabından paylaşdığı “çox söz yalansız olmaz, çox pul haramsız olmaz” sözünə istinad edən jurnal bu mesajın Türk xalqının çətin vəziyyətdəki hökumətə qarşı görüşünün əks olunmasını açıqladı.
Baş nazirin korrupsiya əməliyyatları İsrail və Amerikanın, onların maliyyəçiləri və xarici medianın hazırladığı bir sui-qəsd planı olduğu mövzusunda israrının davam etdiyini və hökuməti devriməyi planladıqlarını düşündüyünü yazan jurnal artıq bu açıqlamaların bir çox Türk vətəndaşına mənasız gəlməyə başladığını, “Gülən camaatına yaxın olduğu iddia edilən minlərlə polisin vəzifə yerinin dəyişdirilməsi, edilən ört-basdırın şübhələri daha da gücləndirdiyini” yazdı.
Ərdoğanın övladlarının da korrupsiya istintaqı daxilində adının hallandırılmasını vurğulanan yazı belə davam edir:
“Ərdoğanın cavabı daha dərin bir dəliyi deşmək oldu. TÜSİAD İdarə heyəti sədrinin “qanunun aliliyi qorunmazsa xarici investorlar Türkiyədən uzaqlaşarlar” sözlərinə qarşılıq olaraq Ərdoğan Yılmazı “vətən xaini” olmaqda günahlandırdı.

Qərb mediasına qarşı anti-semitist çıxış
Ərdoğan Amerika səfiri Frank Ricciardoneyi ölkədən uzaqlaşdırmaqla təhdid etdi. Amerikan Müdafiə naziri Chuck Hagel Türkiyə səfərini etibarlı bir səbəb göstərmədən təxirə saldı. Baş nazir Ərdoğan “Economist” daxil olmaqla qərb mediasına qarşı anti-semitist nitqlərinə davam edir. Keçən həftə “bu qəzetlərin kimlərin olduğunu bilirik” deyərək qəzəbləndi”.
Ərdoğanın dəyişən mövqeyinin bəzi inkişaf etməkdə olan bazarlarda onsuz da narahat olan sərmayəçilərə zərbə vurduğuna diqqət çəkilən yazıda Türk lirasının altı həftə içində dollar qarşısında 13% dəyər itirdiyi bildirib.

“Alov püskürməyə davam etsə...”
“Məşhurluğu əriməyə başlayan Ərdoğan alov püskürməyə davam etsə, seçici “yetər artıq” deyə bilər” açıqlaması edilən yazıda keçirilən son anketlərdə bələdiyyə seçkilərində CHP-nin İstanbulda AKP-yə qarşı üstün vəziyyətdə olduğu ifadə edildi.
Source : Islamtimes
Comment