0
Tuesday 11 February 2014 - 19:23

Əl-Qaidəçi çeçenlər Türkiyədə müalicə olunur

Story Code : 350633
Əl-Qaidəçi çeçenlər Türkiyədə müalicə olunur
Əl-Qaidəçi çeçenlər Türkiyədə müalicə olunur
Eyni gündə Hələbdə vuruşanlar əl-Qaidənin bir qolu əl-Nusra cəbhəsindən olan çeçen cihadçılardır.
Anadolu Agentliyi (AA) 6 fevralda Kilis valiliyinə istinadən bir xəbər yayınladı. Xəbərə görə, Hələb şəhəri və ətrafında “rejim gücləriylə” çıxan qarşıdurmalarda yaralanan 16 suriyalı Kilisin Öncüpınar sərhəd qapısından müalicə olunmaq üçün Türkiyəyə gətirilmiş və Kilis Dövlət Xəstəxanasına yerləşdirilmişdir. Valilik müalicə olunan “Suriyalılardan” birinin dünyasını dəyişdiyini açıqladı.
Beynəlxalq ajanslara və yerli qaynaqlara görə, 6 fevralda Hələbdə baş vermiş böyük miqyaslı qarşıdurma müxaliflərin Hələb Həbsxanasını ələ keçirmək üçün başladıqları hücum idi. Əl-Qaidənin Suriyadakı qollarından olan əl-Nusra Cəbhəsi və İslami Cəbhənin birlikdə təşkil etdiyi hücum Suriya ordusu tərəfindən darmadağın edilmişdi.

Çeçen döyüşçü öldürüldü
Hücumu əl-Nusra adından Seyfullah əl-Şişaniyə bağlı Çeçen birliyinin təşkil etdiyi qeyd olunur. Türkiyədə yaşamış Çeçen terrorçu Ömər əl-Şişani liderliyindəki Ceyş əl-Muhacirun vəl ənsara ( İmmiqrantlar və dəstəkçiləri Ordusu) qatılmaq üçün Suriyaya keçən Seyfullah əl-Şişani bu qrupun daha sonra İraq və Şam İslam Dövlətinə (IŞİD) qoşulmasından sonra təşkilatdan ayrıldı. 2013-cü ilin sentyabrında əl-Nusra Cəbhəsinə qatılan Seyfullah əl-Şişani fevralın 6-da Çeçenlərdən ibarət birliyiylə Hələb Həbsxanaya olan hücumda çıxan qarşıdurmada öldürüldü.
Kilis Dövlət Xəstəxanasına gətirilən və Suriyalı olduğu iddia edilən terrorçuların əl-Nusra Cəbhəsi damı altında Seyfullah əl-Şişani öndərliyində döyüşən Çeçen döyüşçüləri olduğu ehtimal olunur.

İŞİD terrorçuları da Hatayda

Digər tərəfdən Anadolu Agentliyinin dünən bildirdiyi başqa bir xəbərdə Lazkiyanın Cəbəl Ekrad bölgəsində Suriya ordusunun roket və mərmi hücumu nəticəsində yaralanan 10 nəfərdən ikisinin Hatayda müalicə olunduğu ifadə edildi. Xəbərdə digər 8 yaralının Suriyadakı xəstəxanalarda müalicə olunduğu, Türkiyəyə gətirilən 2 ağır yaralının da Yayladağı sərhəd qapısından keçirildiyi qeyd edildi.
İŞİD-ə yaxın qaynaqlar Cəbəl Ekradda İŞİD-ə bağlı bir qrupla ordu arasında qarşıdurma yaşandığını və aralarında Türkiyədən bir terrorçunun da olduğu cihadçıların öldürüldüyünü bildirdi.

Çeçen döyüşçülər Suriyanı təlim üçün istifadə edir
Rusiyanın Soçi şəhərində başlayan Qış Olimpiadalarına terror hücumu ediləcəyi barəsindəki iddialar bu günlərdə gündəmdədir. Mümkün olacaq bir hücum mövzusunda baş şübhəli isə özlərini Qafqaz Əmirliyi olaraq adlandıran və əksəriyyəti çeçenlərdən ibarət olan qrupdur.
Doku Umarov liderliyindəki Qafqaz Əmirliyinin son bir neçə ildir ən əhəmiyyətli “investisiya” isə Suriyaya göndərdiyi döyüşçülərdir. Suriyadakı qarşıdurmaları döyüş təcrübəsi əldə etmək məqsədiylə istifadə edən Çeçen cihadçıların sayının təxminən 400 ilə 1000 arasında olduğu qeyd olunur.
Çeçen döyüşçülərin Suriyada dörd ayrı qrup halında hərəkət etdikləri bildirilir. Liderləri “Çeçenistanlı” mənasını verən “əl-Şişani” ləqəbini istifadə edir. Bu döyüşçülərdən biri də daha əvvəl Gürcüstan ordusunda kəşfiyyatçı olduğu ortaya çıxan Ceyş əl-Muhacirun vəl Ənsar adlı şəbəkənin lideri Ömər əl-Şişanidir. Qrupun İŞİD-ə qoşulması və İŞİD-lə digər terrorçular arasında qarşıdurmadan sonra heyətdə itki yaşandığı ifadə edilir. Həqiqi adı Tarkan Batıraşvili olan Ömər əl-Şişaniyə bağlı qrupun ən əhəmiyyətli hərəkəti 2013-cü ilin avqustunda Hələbdə Menah Hava bazasının ələ keçirilməsi olmuşdu. 2010-cu ildə silah qaçaqçılığı iddiasıyla 3 il həbsə məhkum edilən ancaq vərəm olduğu üçün azad olunan Batıraşvilinin İstanbula gəldiyi oradan da “cihad” üçün Suriyaya keçdiyi bilinir. O, 2008-ci ildə Gürcüstan ordusu sıralarında Rusiyaya qarşı vuruşmuşdu.
Digər iki qrup isə birbaşa Doku Umarovun nümayəndəsi olduğu bildirilən Səlahəddin əl-Şişani ilə bir gün əvvəl öldürülən Seyfullah əl-Şişaniyə bağlı və Əl-Nusra Cəbhəsinv bağlı qrupdur. Seyfullah Şişani 2013-cü ilin sentyabr ayına qədər Ömər əl Şişaninin liderliyini etdiyi qrupun iki nömrəli komandiri idi. Bu qrup İnsan Haqları İzləmə Təşkilatı tərəfindən təşkil etdiyi intihar bombalı hücumlara görə “insanlığa qarşı cinayət” törətməkdə tənqid olunmuşdu.
Çeçenlərin meydana gətirdiyi dördüncü grupsa xüsusilə Lazkiyə ətrafında fəal olan Əmr Müslimin əmri altındakı Cundi əş- Şam qrupudur.
Source : Islamtimes
Comment