0
Wednesday 12 February 2014 - 10:32

İngiltərə: Hələbdəki partlayışı Britaniya vətəndaşı həyata keçirib

Story Code : 350775
İngiltərə: Hələbdəki partlayışı Britaniya vətəndaşı həyata keçirib
“IslamTimes” “FarsNews”-a istinadən xəbər verir ki, İngiltərə rəsmiləri ötən həftə Suriyanın Hələb şəhərindəki partlayışda Britaniya vətəndaşının rolu olduğunu təsdiqləyiblər.
Partlayışı həyata keçirən Əbu-Süleyman Əl-Britaniayinin Pakistan əsilli olduğu bildirilir. Əbu-Süleymanın Əl-Qaidəyə bağlı Ən-Nüsrə cəbhəsi ilə də rabitəsi var.
Xatırladaq ki, Britaniya vətəndaşı olan Əbu-Süleyman partlayıcı maddələrlə yüklənmiş bir maşınla Hələbdəki həbsxanalardan birinin divarına çırpılıb. Avtomobilin həbsxananın həyətinə daxil olmasından sonra güclü partlayış baş verib. Bu zaman terroristlər 300-ə yaxın məhbusun qaçmasına yardım edib.
Adı çəkilən şəxs Suriyada qarşıdurmalar başlayandan bu günədək həlak olan 8-ci Britaniya vətəndaşıdır.
Qeyd edək ki, Suriyada hakimiyyətə qarşı vuruşan hər 10 nəfərdən birinin Avropa vətəndaşı olduğu bildirilir. Amma Britaniya da daxil olmaqla əksər Qərb dövlətləri terroristlərə yardım edir və Əsəd hakimiyyətinin süqutuna çalışır.
Comment