0
Friday 14 February 2014 - 00:23

Livan ordusu əl Qaidə liderini həbs edib

Story Code : 351751
Livan ordusu əl Qaidə liderini həbs edib
Livan ordusu əl Qaidə liderini həbs edib
Ordu çərşənbə günü rəsmi məlumat yayaraq bildirib ki, terror qrupunun rəhbəri Naim Abbas ordu kəşfiyyat qrupu tərəfindən paytaxt Beyrutda həbs edilib.

Ordu daha sonra deyib ki, əl Qaidə lideri qanunun tələbi ilə sorğu-sual edilir.
Livan təhlükəsizlik qüvvələrinin bildirdiyinə əsasən Abbas ekstremist sünni müsəlman şeyx Omər İbrahim əl Atraş tərəfindən göndərilən avtomobili təhvil götürərkən həbs edilib. Atraş keçən ay paytaxtın cənubunda iki bombalı hadisəyə görə məsuliyyət daşıyır.

6 Fevral tarixində Livan hərbi məhkəməsi ekstremist şeyxi beş nəfər digər şəxs ilə birgə əsasən şiələrin sıx məskunlaşdığı Haret Kreik ərazisində baş verən bomba hücumu səbəbindən mühakimə edib.

22 Yanvar tarixində həbs edilən Atraş üç nəfər axtarışda olan şəxs və həmçinin əl Qaidə terror şəbəkəsinə bağlı olan Abdullah Əzzəm Briqadası, İraq Şam İslam Dövləti qrupu və əl Nusra cəbhəsi ilə əlaqədə olduğunu etiraf etmişdir.

Livan paytaxtı dəfələrlə terror hücumlarına şahidlik etmişdir. Bu terror hücumları nəticəsində xeyli sayda dinc insan həlak olmuşdur.

Keçən ilin noyabr ayında paytaxt Beyrutda İran səfirliyi qarşısında baş verən iki bobma partlayışı nəticəsində İranın Beyrutdakı mədəniyyət attaşesi də daxil olmaqla iyirmi nəfərdən çox insan həlak olmuş və 150-dən çox insan isə yaralanmışdır.

Baş verən bu ölümcül hücuma görə məsuliyyəti Abdullah Əzzəm Briqadası öz üzərinə götürmüşdür.
Source : Islamtimes
Comment