0
Thursday 26 August 2010 - 04:52

Neft borusunun partladılmasında Mossad izi

Story Code : 35349
Neft borusunun partladılmasında Mossad izi
Neft borusunun partladılmasında Mossad izi
Amerika Mərkəzi Kəşfiyyat idarəsi İsraildən tələb edib ki, İraq-Türkiyə neft kəmərinin partladılmasında PKK-nı təhriklərinə son qoysun. İraqın məlumatlı mənbələri xəbər verir ki, ABŞ kəşfiyyat idarəsi İsrailin Mossad təşkilatına ünvanladığı məxfi bir məktubda PKK-nı təhrik etməməyə çağırıb. PKK məhz Mossadın təhrikləri sayəsində İraqdan Türkiyəyə neft ötürülən borunu hədəfə çevirir. ABŞ adı çəkilən məxfi məktubda Mossad agentlərinin PKK başçıları ilə söhbətlərinə istinad edir.
İraqdan Türkiyəyə neft ötürən 970 km-lik boru İraqın şimalında Kərkükdən Türkiyənin cənubunda Ceyhanadək uzanır. Bu xətt ilə sutkada 500 min barrel neft ötürülür. Kürd Fəhlə partiyası adı ilə tanınan silahlı qruplaşma bu günədək adı çəkilən neft kəmərini bir neçə dəfə partlatmışdır.
Comment