0
Friday 21 February 2014 - 11:25

Obama-Ərdoğanın surpriz telefon söhbəti

Story Code : 353930
Obama-Ərdoğanın surpriz telefon söhbəti
Obama-Ərdoğanın surpriz telefon söhbəti
Baş nazir Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə telefonda danışıb. Görüşdə ikitərəfli əlaqələr və regional mövzuların müzakirə olunduğu ifadə edildi.

Baş nazirliyin Mətbuat Mərkəzindən verilən açıqlamada bu ifadələrə yer verildi:
“Obama bu görüş vasitəsiylə Türkiyə - ABŞ arasında qarşılıqlı hörmətə söykənən güclü ikili əlaqənin olmasına dəyər verdiklərini vurğulamış və Türkiyənin müsbət şəkildə dünyada liderlik sərgiləyəcəyinə bağlı inancını ifadə etmişdir. Baş nazirimiz və Obama Şam rejiminin təzyiqçi siyasəti nəticəsində Suriyada ortaya çıxan terrorizmə qarşı mübarizə mövzusunda yaxın əməkdaşlığın vacibliyi, bu ölkədə yaşanan böhrana son verəcək bir siyasi həll səylərini davam etdirmənin hər kəsin ortaq məsləhəti ilə olacağı barəsində razılığa gəlmişlər”.
“İki lider İraq çərçivəsində enerji məsələsiylə əlaqədar olaraq Bağdad və Ərbildə ortaq bir görüşlərin təşviq edilməsi mövzusunu da müzakirə etmişlər. Baş nazirimizin Kipr probleminin həlli üçün müzakirələrin yenidən başlamasını möhkəmlətməsindəki rolu Obama tərəfindən təşəkkürlə qarşılanmışdı. Baş nazirimiz “Sülh Qartalı Boeing 737” təyyarəsinin Türk Hava qüvvələri inventarına qatılmasının cümə günü mərasimlə reallaşacağına diqqət çəkmişdir”.
Source : Islamtimes
Comment