0
Friday 21 February 2014 - 18:51

Rusiya: ABŞ-ın Suriya siyasəti terroristləri ruhlandırır

Story Code : 354121
Rusiya: ABŞ-ın Suriya siyasəti terroristləri ruhlandırır
Rusiya: ABŞ-ın Suriya siyasəti terroristləri ruhlandırır
Lavrov cümə axşamı günü Bağdadda İraq xarici işlər naziri Hoşyar Zebari ilə keçirdiyi mətbuat konfransı zamanı deyib: “ABŞ siyasəti terrorist təşkilat və qrupları maliyyə və silha sursat ilə təmin edən ekstremistlər üçün münasib şərait yaradır.”

O deyib: “Sonda bu Suriya münaqişəsinin daha da şiddətlənməsindən başqa bir şey ilə nəticələnməyəcək.”

ABŞ prezident Bəşər Əsədi hakimiyyətdən devirmək üçün Suriyada mövcud olan ekstremsit üsyançıları dəstəkləyir.

Geniş şəkildə yayılmış tənqid və xəbərdarlığa baxmayaraq Vaşinqton aralarında yüzlərlə ekstremist və terrorist olan Suriyalı üsyançıları dəstəkləməyə davam edir.

Çərşənbə günü Vaşinqton Post qəzeti tərəfindən dərc edilən məlumata əsasən BMT və digər beynəlxalq təşkilatların Suriyada mövcud olan münaqişəyə Cenevrə danışıqları vasitəsi ilə son qoymağa çalışdıqları bir vaxtda ABŞ və onun Yaxın Şərqdəki ərəb müttəfiqləri ölkələrindən olan kəşfiyyat agentləri üsyançılara yardım və dəstəkləri artırmaq üçün gizli razılaşmaya gəliblər.

Qərb və ərəb kəşfiyyat rəhbərləri keçən həftə üsyançıları daha çox inkişaf etmiş silah sursat ilə və xüsusi təlimlərlə təmin etmək məsələsini müzakirə etmək üçün Vaşinqtonda bir araya gəldilər.

Lavrovun Bağdada səfəri Suriya hökumət nümayəndələri ilə müxalifət arasında Rusiya və ABŞ-ın vasitəçiliyi ilə təşkil edilmiş danışıqların ikinci mərhələsinin heç bir nəticə olmadan və danışıqların üçüncü mərhələsi üçün heç bir vaxt təyin edilmədən başa çatdı.
Source : Islamtimes
Comment