0
Tuesday 25 February 2014 - 01:14

Səudiyyə Ərəbistanı və İsrail İraqdakı terroristləri dəstəkləyirlər

Story Code : 355569
Səudiyyə Ərəbistanı və İsrail İraqdakı terroristləri dəstəkləyirlər
Səudiyyə Ərəbistanı və İsrail İraqdakı terroristləri dəstəkləyirlər
Press TV-yə müsahibə verən iraqlı siyasətçi deyib ki, Səudiyyə Ərəbistanı və İsrail İraqdakı əl Qaidə terror şəbəkəsinə bağlı olan terroristləri dəstəkləyirlər.

Dövlət Qanunu Koalisiyasının üzvü olan Muhəmməd Alauqili deyib: “İraq ordusu terroristlər ilə açıq müharibə aparır. Səudiyyə Ərəbistanı silah sursat ilə yanaşı həmçinin İraqa terroristlər də göndərir.”

İraq təhlükəsizlik qüvvələri keçən iki ay ərzində İraqın qərbi Ənbar Əyalətində yerləşən Ramadi və Fəlluca şəhərlərində əl Qaidə terror şəbəkəsinə bağlı olan İraq və Şam İslam Dövləti (İSİL) terror qrupunun üzvlərinə qarşı mübarizə aparır.

İraqlı siyasətçi həmçinin deyib: “İSİL terroristləri həmçinin İsrailə məxsus olan kiçik çaplı silahlardan istifadə edirlər.”
Alauqili həmçinin qeyd edərək bildirib ki, İraqın Səudiyyə Ərəbistanı ilə olan sərhəddi terroristlərə silah-sursat və yardımın gəldiyi əsas ərazidir.

O əlavə edərək deyib: “İSİL ordunu müxtəlif hissələrə bölmək üçün ölkənin müxtəlif ərazilərində terror fəaliyyəti ilə məşğul olur. İsrail onlara kömək edir.”

Keçən ilin dekabr ayından təhlükəsizlik qüvvələri Ramadidə etiraz düşərgəsini dağıtdıqdan sonra Ənbar əyalətində yeni münaqişələr başladı. İraq rəmsiləri qeyd edərək bildirir ki, düşərgə əl Qaidə rəhbərliyinin baş qərargahı kimi istifadə edilir.

Yerli sünni tayfaları tərəfindən dəstəklənən ordu qüvvələri Ənbar əyalətində əl Qaidə terror şəbəkəsinə bağlı olan terroristlər ilə mübarizə aparır.
Bu təxirbat daha sonra Fəlluca şəhərinə də keçdi və üsyançılar hərəkət edərək şəhəri və Ramadinin yarısını mühasirəyə aldılar.

BMT-nin verdiyi məlumata əsasən Ənbar əyalətində baş verən zorakılıq və qırğın nəticəsində 370 mindən çox insan öz evindən didərgin düşüb.
Source : Islamtimes
Comment