0
Saturday 15 March 2014 - 23:55

İsrail Livanın cənubuna raket zərbələri endirib

Story Code : 362253
İsrail Livanın cənubuna raket zərbələri endirib
İsrail Livanın cənubuna raket zərbələri endirib
İsrail ordusu cümə günü axşam saatlarında sərhəd yaxınlığında bomba partlayışı nəticəsində ordu avtomobilinə zədə dəydikdən sonra Livanın cənub ərazisinə tank və artilleriyadan atəş açmışdır.

Livan ordusu bəyanat yayaraq deyib: “Düşmən İsrail ordusu bir neçə artilleriya raketlərindən atəş açıb və onlardan doqquzu Bastra fermalarına düşüb.”

Livan təhlükəsizlik rəsmisi deyib ki, ən azından iki artilleriya mərmisi Livanın cənubunda yerləşən Halta kəndinə düşmüş və dağıntılara səbəb olmuşdur.

Çərşənbə axşamı günü İsrailə məxsus pilotsuz təyyarə Qəzza Zolağının cənubunda yerləşən Xan Yunis şəhərinə etdiyi hava hücumu nəticəsində üç fələstinli həyatını itirmişdir.

Fələstin müqavimət hərəkatı İslami Cihad bu zorakılığa raket zərbələri ilə cavab vermişdir və Tel Əviv bu haidsəni 2012-ci ildən bəri baş verən ən böyük raket hücumu adlandırmışdır.

İsrail 2012-ci il 14 noyabr tarixində mühasirə şəraitində olan Qəzza Zolağına qarşı zorakı hərbi müdaxilə həyata keçirtdi və nəticədə qadın və uşaqlar da daxil olmaqla 160-dan çox fələstinli həlak olmuş və 1200 nəfər isə yaralanmışdır.
Source : Islamtimes
Comment