0
Sunday 16 March 2014 - 00:50

Həmasdan STV-yə çox sərt reaksiya

Story Code : 362274
Həmasdan STV-yə çox sərt reaksiya
Həmasdan STV-yə çox sərt reaksiya
Əbu Zuhri “Həmas hərəkatı bu hadisəyə çox kədərləndi. Biz özümüzü müdafiə edirik. Əsl terrorist torpağımızı işğal edən, övladlarımızı öldürənlərdir. Biz torpaqları işğal edilən bir xalqıq və özümüzü müdafiə etmə haqqımız var. Qəzzada müqavimət qruplarını terrorçu olaraq xarakterizə etmək doğru deyil" dedi.

Spiker Zuhri Samanyolu TV-dən istifadə etdiyi ifadəni təkrar dəyərləndirməsini və Türkiyənin Fələstinə dəstək verən mövqeyindən kənara çıxmamasını tələb etdi.
Digər tərəfdən İslami Cihad Hərəkatı səlahiyyətlilərindən Əhməd əl - Müdəlləl Qəzzadakı müqavimət qruplarının hər hansı bir media orqanı və ya qrup tərəfindən "terrorçu" olaraq ittiham edilməsinin “məntiqdən kənar və həqiqətlə uyğun olmayan" ​​ifadələr şəklində qiymətləndirdi.
Müdəlləl müqavimət qruplarının xalqı və müqəddəs dəyərləri müdafiə etdiyini vurğulayaraq “Bu cür hadisələr, müqavimətin tərəfində duran, azadlığı üçün mübarizə edən və Fələstin xalqını dəstəkləyən Türkiyənin mövqeyini əks etdirmir" deyə bildirdi.

Qəzzadakı “Beytul- Hikmət” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Yusuf isə STV-nin Fələstinli müqavimət qruplarını terrorçu olaraq xarakerizə etməsini Türkiyə -Fələstin münasibətlərini əks etdirmədiyini qeyd edərək, "Türkiyə xalqı və rəsmi orqanları fələstinlilərin torpaqları ilə müqəddəs dəyərlərinə qarşı işğalçılarla mübarizəsində daim Fələstin xalqının tərəfində olmuşdu" deyə qeyd etdi.
Bəzi ünsürlər tərəfindən edilən bu cür ittihamların Fələstin mübarizəsinə hər zaman dəstək olan Türkiyənin fikirlərini əks etdirmədiyini vurğulayan Dr. Yusif "Heç bir Fələstinli bir Türk vətəndaşının Fələstin xalqına simpatiya duymadığını belə düşünməz. Bu ünsürlər Fələstinə dəstək verən Türkiyənin vizyonuna qarşıdır. Onlar İsrailin Azadlıq donanmasında axıtdığı Türk qanlarını unutmamalıdırlar. O qanlar hələ qurumayıb" ifadələrini istifadə etdi.
Samanyolu Xəbər İsrailin Qəzzaya təşkil etdiyi hava hücumlarını, "İsrail Hava qüvvələri terror təşkilatlarına aid 7 hədəfi vurdu" sözləriylə vermiş, bu ifadələr sosial media başda olmaqla bir çox insandan reaksiya ilə qarşılandı.
Source : Islamtimes
Comment