"Axar.az" xəbər verir ki, bu barədə NATO sözcüsü Oana Lunqesku Tvitter hesabında məlumat yayıb. Lunqesku bildirib ki, NATO informasiya mütəxəssisləri saytın bərpa olunması üçün fəaliyyətə keçib. NATO rəsmi saytına hücumun Krımdakı referendumla üst-üstə düşməsi diqqətləri çəkib.