0
Wednesday 19 March 2014 - 18:14

İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri başa çatıb

Story Code : 363650
İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri başa çatıb
APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, danışıqlarda Ərak ağır su nüvə reaktoru, dinc məqsədli nüvə texnologiyası sahəsində beynəlxalq əməkdaşlıq, yəni Birgə Fəaliyyət Proqramındakı addımlar və “altılıq” ölkələrinin üzərlərinə düşən öhdəliklərin ikinci bəndinin dördüncü maddəsi, sanksiyaların aradan qaldırılması, o cümlədən Nüvə silahlarının istehsalı və yayılmasının qarşısının alınması Müqaviləsinə (NPT) uyğun olaraq nüvə silahlarının istehsalı və yayılması məsələləri müzakirə olunub.
Bu gün müzakirələrin yekunu olaraq İran xarici işlər naziri ilə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi arasında təkbətək görüş keçirilib. Hazırda Məhəmməd Cavad Zəriflə Ketrin Eştonun BMT-nin Vyanadakı ofisində birgə mətbuat konfransı keçirdiyi bildirilir.
Qeyd edək ki, İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin aprelin 7-9-da Vyanada keçiriləcəyini açıqlayıb.
Comment