0
Friday 21 March 2014 - 13:26

Əsəd: Müəllimlərin hədəfə alınması Suriyanın cəhalətə qarşı müharibə apardığını sübut edir

Story Code : 364587
Əsəd: Müəllimlərin hədəfə alınması Suriyanın cəhalətə qarşı müharibə apardığını sübut edir
Əsəd: Müəllimlərin hədəfə alınması Suriyanın cəhalətə qarşı müharibə apardığını sübut edir
Müəllimlər günü münasibətilə Əsəd və Suriyanın birinci xanımı Əsma Əsəd silahlı terrorçu qruplar tərəfindən təhdid edilən ancaq öz vəzifələrini həyata keçirməyə davam edən bir qrup müəllimləri qəbul ediblər.

Suriya lideri müəllimləri bu gün münasibəti ilə təbirk edib və onları münaqişə dövründə Suriyanın təhsil sahəsinə verdikləri töhfələri alqışlayıb.

O deyib ki, müəllimləri və məktəbləri hədəfə almaq Suriyaya qarşı müharibə aparanların iç üzlərini ortaya qoydu və sübut etdi ki, suriyalılar cəmiyyətin gələcəyinə və gələcək nəsillərinə təhlükə törədə biləcək cəhalət və nadanlıq ilə mübarizə aparır.

Əsəd qeyd edərək bildirib ki, Suriya xalqının, məxsusən də müəllimlərin dözümlüyü Suriyanı müdafiə etmək üçün ən mühüm faktorlardan biridir.
O silahlı qruplar tərəfindən edilən təhdidlərdən qorxmayan müəllimlərin cəsarətini alqışlamışdır.
Source : Islamtimes
Comment