0
Tuesday 25 March 2014 - 22:10

“Dövlətdə əhəmiyyətli söz sahibi mövqeyinə gəlirəm”

Story Code : 365771
“Dövlətdə əhəmiyyətli söz sahibi mövqeyinə gəlirəm”
“Dövlətdə əhəmiyyətli söz sahibi mövqeyinə gəlirəm”
“Xəyanət Prosesi” adlı Twitter hesabından Abdullah Öcalanın İmralıda birlikdə qaldığı məhkumlarla iddia edilən söhbətə bağlı səs yazıları sızdırıldı.

Youtube-da yayımlanan səs yazısında Öcalan ilə məhkumlardan C. Karsu arasında olan söhbətdə kürd problemi haqqında “müzakirə prosesinin” müzakirə edildiyi aydın olur.

Öcalana aid olduğu iddia edilən səsin “Tayyibin məni üçüncü adam olaraq tanıtması təsadüfi deyil” dediyi irəli sürülərkən yenə Öcalana aid olduğu iddia edilən səsin “Bahçeli dəli olacaq” deyərək Dövlət Bahçelini təqlid etdiyi bildirilir.

Çıxışın davamında Abdullah Öcalana aid olduğu iddia edilən səs Baş qərargahın və MİT-in dövləti möhkəmlətmək istədiyini söylədiyi bu təəccüblü söhbətin şahidi oluruq:
“Mənimlə birlikdə dövləti necə idarə edəcəklərini planlayırlar. Və bu siyasət quruluşçu patrona da bir çarədir... Çevriliş edə bilməzlər, lakin bir tənzimləmə edəcəklər, etmək məcburiyyətindədirlər. Əks təqdirdə mənimlə getmək çox təhlükəlidir. Məsələn, götürək elə Anadolu Agentliyinin terrorist deməyək cümləsini, bu dərin dövlətin bir deyimidir. APO-ya bundan sonra terrorçu desək dövlətin ciddiliyi ilə uyğun gəlməz”.

Yüklənən səs yazısında Öcalana aid olduğu iddia edilən səsin “dövlətdə əhəmiyyətli bir söz sahibi mövqeyinə gəlirəm”, “dövlətdə vəzifə almağım mövcud durumda mənə çətin gəlir. Amma problemi həll etmək üçün dövlətlə bir az daha yol getməliyəm” sözləri diqqət çəkir.
Source : Islamtimes
Comment