0
Tuesday 25 March 2014 - 23:04

ABŞ və Qərbi Ukraynada məğlubiyyət gözləyir

Story Code : 365784
ABŞ və Qərbi Ukraynada məğlubiyyət gözləyir
ABŞ və Qərbi Ukraynada məğlubiyyət gözləyir
Bazar ertəsi günü müsahibə verən Muhəmməd İsmail Kovsəri deyib: “Amerikalılar və qərblilər Ukrayna da heç bir şey ələ gətirə bilməyəcəklər, çünki insanlar öz talelərini həll etmək üçün meydanlara çıxdıqları vaxt qərblilər öz planlarına çatmağa nail olmayacaqlar.”

O əlavə edərək deyib ki, ABŞ-ın Ukraynaya müdaxilə etməsi Vaşinqtonun təcavüzkar xasiyyətindən irəli gəlir.
Millət vəkili deyib: “Qərb dövlətlərinin təcavüzkar addımları heç bir sərhəd tanımır və onlar deyir ki, bütün ərazilər onların hegamonluğu altında olmalıdır.”
O qeyd edərək bildirib ki, ABŞ və onun qərb müttəfiqlərinin demokratiyaya sadiq qalmalarını iddia etmələrinə baxmayaraq Ukraynanın ictimai fikrini nəzərə almırlar.

2013-cü il noyabr ayında Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviç Moskva ilə münasibətəri möhkəmləndirmək naminə Avropa Birliyi ilə Assosativ Müqaviləni imzalamaqdan boyun qaçırdıqdan sonra Ukrayna siyasi münaqişə içindədir.

16 Mart tarixində 96.8 fazi krımlı Krımın Ukraynadan ayrılaraq Rusiyaya birləşdirilməsi haqqında keçirilən referendumda iştirak edərək Krımın müstəqil olmasını elan etdilər.

21 Mart tarixində Rusiya prezidenti Vladimir Putin Qərb və yeni Ukrayna hökumətindən olan tənqidlərə baxmayaraq Krımı rəsmən Rusiyanın tərkib hissəsi olması haqqında qanun imzaladı.
Source : Islamtimes
Comment