0
Wednesday 26 March 2014 - 21:04

Yəməndə oğurlanan BMT əməkdaşları azad ediliblər

Story Code : 366159
Yəməndə oğurlanan BMT əməkdaşları azad ediliblər
“BMT bundan əvvəl Sanada oğurlanan iki əməkdaşının azad edildiyini təsdiqləyir.", - SalamNews-un İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, ümumdünya təşkilatının mətbuat xidmətinin məlumatında belə deyilir.
BMT katibliyində sözügedən iki əməkdaşın azad edilməsi üçün göstərdiyi səylərə görə Yəmən hökumətinə minnətdarlıq bildirilib.
Qeyd edək ki, Təşkilatın mətbuat xidmətində hadisə ilə bağlı şərh verilmir: “Hadisənin təfərrüatlarını araşdırmağa davam edirik. Hazırda əlavə məlumat verə bilmərik.”
Xatırladaq ki, bundan əvvəl Suriyanın “əl-Məyadin" telekanalı Sanada oğurlanan bir kişi və bir qadının BMT-nin İnkişaf proqramının əməkdaşları olduqlarını bildirib. Məlumata əsasən, onların avtomobili Yəmənin cənubundakı Hada rayonunda naməlum silahlı şəxslər tərəfindən saxlanılıb. Qadın və kişi zorla başqa bir avtomobilə oturdularaq naməlum istiqamətə aparılıblar.
Comment