0
Friday 4 April 2014 - 13:38

Rusiyadan Türkiyəyə “Montrö” xəbərdarlığı

Story Code : 368974
Rusiyadan Türkiyəyə “Montrö” xəbərdarlığı
Rusiyadan Türkiyəyə “Montrö” xəbərdarlığı
Moskvada Qazaxıstan xarici işlər naziri Yerlan İdrisovla görüşdən sonra təşkil edilən ortaq mətbuat konfransında çıxış edən Lavrov bir jurnalistin ABŞ döyüş gəmilərinin Qaradənizdə qalma müddətinin müqavilədə göstərilən müddəti aşdığı barəsindəki sualına cavab verdi.
“Montrö Boğazlar Konvensiyasında” Qaradənizə sahili olmayan ölkələrə aid döyüş gəmilərinin tonajları və qalma müddətiylə əlaqədar açıq meyarlar olduğuna işarə edən Lavrov “Son dövrdə Amerikan gəmiləri iki dəfə təyin olunan müddəti aşaraq vəzifə müddətlərini uzatdı. Bu hər zaman müqavilə qaydalarına uyğun edilmədi. Biz bu mövzuda ABŞ və boğazların sahibi olan ölkəni, yəni Türkiyəni xəbərdar etdik” dedi.
NATO-nun birliyə üzv Şərqi Avropa ölkələrindəki hərbi varlığını artırma qərarını da dəyərləndirən Lavrov bu mövzuda həmsöhbətlərinə fikirlərini çatdırdıqlarını , Rusiya ilə olan müqavilələr və qaydaların nəzərə alındığı bir cavab gözlədiklərini ifadə etdi.
Rusiya xarici işlər naziri Lavrov bundan başqa Ukraynada ediləcək konstitusiya islahatının “əhatəli və ictimaiyyətə açıq bir şəkildə” həyata keçirilməsinin əhəmiyyətli olduğunu qeyd etdi.

Lavrovun iddialarına Ankaradan cavab
Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyə boğazlarını istifadə edərək Qaradənizə açılan ABŞ döyüş gəmilərinin “Montrö Konvensiyasına” zidd hərəkət etdiyi iddiasına Ankaradan cavab gəldi.
Xarici işlər nazirliyi Spikeri Tanju Bilgiç “Montrö Konvensiyası” ilə əlaqədar Rusiya xarici işlər naziri Sergey Lavrovun mətbuatda yer alan iddialarının həqiqəti əks etdirmədiyini bildirib.
Bilgiç mövzuya bağlı suala verdiyi yazılı cavabda “Türkiyə “Montrö Boğazlar Konvensiyasını” 78 ildir diqqətlə tətbiq etməkdədir. “Montrö Konvensiyasının” tətbiq olunması kontekstində Rusiya Federasiyası xarici işlər Nazirinə istinadən mətbuata əks olunan iddialar heç bir şəkildə həqiqəti əks etdirmir” ifadəsini istifadə etdi.
Spiker Bilgiç Ankaradakı Rusiya Federasiyası səfirliyi tərəfindən Xarici İşlər Nazirliyinə da çatdırılmış olan adı çəkilən iddialara lazımi cavabın verildiyini qeyd etdi.
Source : Islamtimes
Comment