0
Tuesday 8 April 2014 - 00:23

Rusiyada gizli təşkilat: Gülənin əsgərləri

Story Code : 370360
Rusiyada gizli təşkilat: Gülənin əsgərləri
Rusiyada gizli təşkilat: Gülənin əsgərləri
Dövlətə yaxınlığıyla bilinən Rusiya Strateji Araşdırmalar İnstitutundan “Paralel Təşkilat” ' hesabatı... Moskva mərkəzli institut Gülən Camaatının Rusiyadakı təşkilatlanmasını araşdırdı. İnstitutun Dini- Etnoqrafik Araşdırmalar Mərkəzinin rəhbəri Rais Süleymanov tərəfindən hazırlanan araşdırma Rusiyaya bağlı respublikalar ilə Qafqazda ən çox izlənilən xəbər saytları arasında yer alan “Qafqazinfo” və Azərbaycanda yayımlanan “Adalet.az” adlı saytlarda yayımlandı . Süleymanovun gözündən Paralel Quruluşun Rusiyadakı təşkilatlanma sxemi və fəaliyyətləri:

Yalnız Türklər deyil
Fəthullah Gülən Camaatı Rusiya Federasiyasında “gizli döyüş doktrinası” icra edən bir təşkilatdır. Gülən Camaatının Rusiya torpaqlarında aktiv fəaliyyət göstərən xüsusi bir kəşfiyyat təşkilatı vardır. “Gülənin əsgərləri” olaraq fəaliyyət göstərən bu təşkilat yalnız Türkiyə vətəndaşlarından ibarət deyil. Adı çəkilən təşkilatın içində Azərbaycanın və Orta Asiya ölkələrinin xüsusi kəşfiyyat orqanlarının keçmiş işçiləri ilə təhsil məqsədiylə Rusiyaya gələn xarici tələbələr də var.

Ölkəni şəbəkə kimi əhatə etdilər
Gülən Camaatın Rusiya Federasiyasına girişi və fəaliyyətləri SSRİ-nin dağılmasından sonra başlamışdır. İllər içində böyüyən təşkilatlan quruluşu 2008-ci ilə gəldikdə ölkəni bir şəbəkə kimi əhatə etmişdir. Gülən Camaatının fəaliyyətləri 2008-ci ildə məhkəmə qərarı ilə qadağan edilmişdir. Daha çox müvəffəqiyyətli tələbələrə yönələn Gülən Camaatı bu tələbələrin yaşayış yeri və təhsil xərclərini ödəyir. Özlərinə bağladıqları gənclərə Gülən Camaatı təbliğatı edilir və Gülənin prinsiplərinə xidmət etmələri təlqin edilməkdədir.
Gülən Camaatına qoşulan ayrıla bilmir
Bu gənclər Gülən Camaatına bir dəfə bağlandıqdan sonra asan ayrıla bilmir. Təhsillərini tamamlandıqdan sonra harada işləyirlərsə işləsinlər, camaata qarşı olan öhdəliklərini yerinə yetirmək məcburiyyətindədirlər. Bu öhdəliklər arasında gəlirlərinin bir hissəsinin Gülən Camaatı Payı” adıyla ayrılması və öz ölkələrinin rəsmi təşkilatlarında işləyərkən Gülən camaatının fəaliyyətləri istiqamətində hərəkət etmələri də yer almaqdadır.

Moskva yaxınlarında bir ev
Yüksək Məhkəmənin qərarıyla fəaliyyətlərinə xitam verilmiş Fəthullah Gülən təşkilatlanması bu qərara baxmayaraq Rusiyanın xüsusilə Tatarların məskunlaşdığı bölgələr olmaqla təbliğat fəaliyyətlərinə və işlərinə gizli olaraq davam etmişlər. Paytaxt Moskva yaxınlarında kamuflyaj edilmiş xüsusi evlərdə isə tələbələr yetişdirilmişdir. Gülən Camaatı təhsil üçün Rusiyanın gələn azərbaycanlı, qazax, özbək və qırğız gənclərə yaxınlaşaraq təşkilat şəbəkəsini genişləndirmişdir.

Ən əhəmiyyətli qayda susmaqdır

Gülən Camaatına bağlı gənclərin bir hissəsi təhsilləri tamamlandıqdan sonra missionerlik fəaliyyətləri üçün dünyanın hər hansı bir ölkəsinə də göndərilir. Amma Rusiya Federasiyasında əlaqə qurduqları gənclərin çoxu isə Müstəqil Dövlətlər Birliyində vəzifə alırlar.

Güləndən qorxurlar
Gülən Camaatından uzaqlaşmaq istəyən şagirdlər isə təcrid edilib tənhalaşdırırlar. Gülən Camaatının ən əhəmiyyətli xüsusiyyətlərindən biri də fəaliyyətlərinin gizlilik içində icra edilməsidir. Bu gənclər Gülən Camaatı içində olduqları müddətdə oradakı fəaliyyətləri haqqında danışmaqdan çəkinirlər və Fəthullah Güləndən qorxurlar. Danışanda da bu ancaq gizliliyi qorumaq şərtiylə olar.
Source : Islamtimes
Comment