0
Tuesday 14 September 2010 - 13:00

Nikola Sarkozi məhkəməyə verildi

Story Code : 37084
Nikola Sarkozi məhkəməyə verildi
Nikola Sarkozi məhkəməyə verildi
Fransa prezidenti Nikola Sarkozinin başı yenə də mətbuatla dərddədir. Ölkənin öndə gələn qəzetlərindən "Le Monde" prezidentə qarşı "bir jurnalistin xəbər mənbəsini tapmaq üçün xüsusi xidmət orqanının xidmətindən istifadə etmək" ittihamı ilə cinayət işi açılmasını tələb edir. Qeyd edək ki, qəzet məşhur bir kosmetika firmasının varisi olan Lilian Betankurla bağlı bir məqalənin yazarının xəbər mənbəsinin tapılması üçün xüsusi xidmət orqanının hərəkətə keçirildiyini iddia edir
"Le Monde" yetkililəri prezident administrasiyasının Betankurla bağlı yazıdakı məlumatların kim tərəfindən sızdırıldığını öyrənmək üçün mətbuat qanunlarını pozduğunu bildiriblər. Yelisey Sarayından verilən açıqlamada isə bu iddialar rədd edilib.
Xatırladaq ki, Fransa siyasəti iyul ayında ölkənin ən varlı adamı olan Betankurun Sarkozinin 2007-ci ildəki seçki kampaniyasına qeyri-qanuni yolla dəstək verdiyi iddiasıyla sarsılmışdı. Bu iddianı rədd etsə də, sözügedən skandaldan sonra Fransa prezidentinə xalq dəstəyi 30 faizin altına enib.
Comment