0
Friday 11 April 2014 - 17:26

Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb

Story Code : 371811
Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb
Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə qitənin ən nüfuzlu klub turnirinin qalibi adına iddia edən 4 nəhəng komandanı finala gedən yolda son rəqibi müəyyənləşib.
Püşk mübarizəni davam etdirən klublar arasında ən titullu olanlar – “Real” və “Bavariya”nı üz-üzə qoyub. Turnirin 9 qat qalibi olan ispaniyalılar ötən mövsümün ən yaxşısını dayandırmağa çalışacaq. “Atletiko” isə “Çelsi” ilə qarşılaşacaq. Madridlilərin London təmsilçisindən icarəyə götürdüyü əsas qapıçısı Tibo Kurtua anlaşmaya uyğun olaraq, məxsus olduğu kluba qarşı oynaya bilməyəcək. Hər iki cütdə ilk matç Madriddə baş tutacaq.
Püşkatmada finalın nominal meydan sahibi də müəyyənləşib. Mayın 24-də Portuqaliyanın paytaxtı Lissabonda baş tutacaq qarşılaşmada “Real” – “Bavariya” cütünün qalibi ev sahibi sayılacaq.

Çempionlar Liqası
Yarımfinal
“Real” (İspaniya) - “Bavariya” (Almaniya)
“Atletiko” (İspaniya) - “Çelsi” (İngiltərə)

Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları aprelin 22-23-də və 29-30-da keçiriləcək.
Comment