0
Sunday 13 April 2014 - 23:48

Türkiyəyə 3 ay müddət verildi!

Story Code : 372493
Türkiyəyə 3 ay müddət verildi!
Türkiyəyə 3 ay müddət verildi!
Qəzetdə Boris Kalnoki imzasıyla nəşr olunan xəbərə görə, ötən həftə AB səlahiyyətliləriylə görüşlər aparmaq üçün Brüsselə gedən Çavuşoğlu burada görüşəcək səlahiyyətli tapmaqda çox çətinlik çəkdi. AB Komissiyası rəhbəri Viviane Reding yeni müzakirə başlıqlarının açılması məsələsini müzakirə etmək istəyən Türk nazir ilə görüşü rədd etdi. Bu şəkildə Çavuşoğlunun “Başlıkları müzakirə etdik, irəliləmə var” deyə şərh etməsinə də daş qoyulmuş oldu. Çavuşoğlu Brüsseldəki yarım gününü komissar Stefan Füle ilə edəcəyi görüşə ayırmışdı. Ancaq Füle Türk nazirə yalnız 1 saatını ayırdı. Bu 1 saatlıq müddətdə də yumşaq bir üslubla sərt mesajlar verdi.
Türkiyədə məhkəmənin müstəqilliyi, TİB-ə ictimai media saytları üçün verdiyi maneə törədici qərarlar, korrupsiyanın qarşısını almaq üçün çoxlu polis və məhkəmə mənsubunun vəzifədən uzaqlaşdırmaları və ya yerlərinin dəyişdirilmələri, ifadə azadlığının məhdudlaşdırılması kimi mövzular üçün “Ötən 3 ay bizdə narahatlıq yaratdı” deyə bəhs edən Füle “Ümid edirik ki, bundan sonrakı 3 ayda bu mövzular haqqında inkişaf baş verər” dedi. Oktyabr ayında Türkiyə üçün İnkişaf hesabatı hazırlayacağını xatırlatdı. Qəzet Fülenin bu sözlərini “Yəni AB Komissarı dramatik bir U dönüşü edilməzsə, xüsusilə də hökumət səlahiyyətliləri ilə əlaqədar korrupsiya iddiaları mövzusunda addımlar atılmazsa Türkiyənin üzvlük prosesi dayana bilər demək istədi” deyə yazdı. Die Welt “Füle nəzakətli bir dillə çox sərt bir xəbərdarlıq edərkən AB səlahiyyətliləri də artıq AKP-nin sirk oyunu oynamasından sıxıldıqlarını dəqiq bir şəkildə ifadə etmiş oldular” qeyd edir.

Hollandiyanın çıxışı
Alman qəzetinə görə, Türkiyə ilə müzakirələrin dondurulması yalnız Brüsseldə deyil, bir çox AB paytaxtında də danışılmağa başlandı. Hollandiyada iqtidarda olan Xristian Demokratlar Türkiyənin AB müzakirələrinin parlamentdə müzakirəsini təklif etdi. Ayrıca Hollandiyadakı vergi ödəyicilərinin ödədiyi pullarla Türkiyədəki “Polis Dövlətinə” AB fondlarından pul göndərilməsinə də qarşı olduğunu bildirdi.
Source : İslamtimes
Comment