ANS PRESS-in xəbərinə görə, terrorçu qruplaşma partlayıcı ilə yüklənmiş avtomobili universitetin qapısında işə salıb. Baş vermiş güclü partlayışda 5 mühafizəçi ölüb, terrorçuılar isə binaya daxil olaraq müəllimləri və tələbələri girov götürüblər. Bağdad polis idarəsi əməkdaşlarının keçiridiyi əməliyyatla girovlar xilas edilsə də, 11 girovun yaralandığı bildirilir. Bundan başqa əməliyyat zamanı 2 polis, 2 mühafizəçi, 2 İŞİD üzvü ölüb, daha bir terrorçu isə üzərinə bağladığı partlayıcını işə salaraq intihar edib.