0
Thursday 24 April 2014 - 12:16

“AEBA-nın son hesabatını balanslı saymaq olar”

Story Code : 375952
“AEBA-nın son hesabatını balanslı saymaq olar”
APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib.
Onun sözlərinə görə, bəzi problemlər nəzərə alınmasa, agentliyin son hesabatı əvvəlkilərə nisbətən daha müsbətdir: “İranla Qərb arasında əldə olunmuş razılaşmaya əsasən hazırda gündəlikdə 6 məsələ var və 3 ay ərzində AEBA-nın bu məsələlərlə bağlı bütün suallarına cavab veriləcək. Yəni İranın nüvə fəaliyyəti mövzusunda artıq AEBA ilə bir problemimiz yoxdur. Ona görə də İranın nüvə məsələsini birdəfəlik həll olunmuş saymaq olar”.
Ə.Salehi agentlik rəsmilərinin İranın gələcəkdə nüvə sınaqları həyata keçirmək niyyətində olması ilə bağlı səsləndirdiyi iddialara da toxunub: “Bu səbəbdən onlar Parçin Hərbi Sənaye Kompleksinə baxış keçirməkdə israr edirlər. Halbuki keçmişdə Parçin hərbi poliqonunu iki dəfə ziyarət edərək nümunələr götürüblər və şübhəli bir vəziyyət olmadığı qənaətinə gəliblər. Bu gün onlar “əlimizdə məlumatlar var” deyirlər. Biz də “məlumatlarınızı təqdim edin, doğru olduqlarından əmin olaq” deyirik, amma onlar bundan qaçırlar. Yoxsa, Parçin hərbi poliqonuna baxış keçirilməsi ilə bağlı heç bir problemimiz yoxdur. Yetər ki, onlar doğru və məntiqli dəlillər təqdim etsinlər”.
Comment