0
Sunday 27 April 2014 - 06:27

İraq millət vəkili: Səudiyyə Ərəbistanı İraqı dağıtmaq istəyir

Story Code : 377343
İraq millət vəkili: Səudiyyə Ərəbistanı İraqı dağıtmaq istəyir
İraq millət vəkili: Səudiyyə Ərəbistanı İraqı dağıtmaq istəyir
Şənbə günü Press TV-yə ekskluziv olaraq müsahibə verən Saad əl Mutalibi deyib: “Səudiyyə Ərəbistanı tək İraqın daxilini işlərinə qarışmaqla kifayətlənmir, həmçinin dağıdıcı qüvvələr olan İraq Şam dövləti və əl Qaidə terror şəbəkəsinə bağlı olan terror qrupları dəstəkləyir və bizdə bu haqda açıq-aşkar dəlillər var.” O deyib ki, Səudiyyə Ərəbistanı mütləq İraq və Suriyada mövcud olan münaqişələrdə rol aldığı üçün cavab verməli olacaq. Mutallibi qeyd edərək bildirib: “Çox təəssüflər olsun ki, Səudiyyə Ərəbistanı dərk etmir ki, stabil ölkə, stabil qonşu öz stabilliyi üçün də mühüm faktordur. Ancaq yadda saxlamalıyıq ki, Səudiyyə Ərəbistanın idarəçilik sistemi demokratik deyil, bu səbəbdən də onlar xaqlın nə istədiyini və yaxud nə tələb etdiklərini dərk etmirlər. Onların kralı var və onların dövləti monarxiyadır. Onlar qeyri demokratik dövlətə malikdirlər və hakim ailə hər cür qərar qəbul edə bilər və ruhani və dini hakimlər də monarxiyanı dəstəkləyirlər. Bu səbəbdən də onlar öz xalqlarının tələblərini yerinə yetirmirlər.” İraqlı millət vəkili deyib ki, Səudiyyə Ərəbistanı kimi bir rejimin regionun mühüm ölkəsi olan İraqın uğurlarından və inkişafından, qərblə şərq arasında körpü rolu oynaya biləcəyindən, Ərəb dünyasının yaxın müttəfiqi olamaqla yanaşı İran və Türkiyə ilə də sıx əlaqələrə malik olmasından qorxması təbii bir haldır. Cümə günü BBC ərəb dilli xəbər agentliyinə müsahibə verən İraq baş naziri Nuri əl Maliki deyib ki, Səudiyyə Ərəbistanı açıq şəkildə İraq və Suriyanın daxili işlərinə qarışır. Maliki deyib ki, Riyad Səudiyyə vətəndaşlarına İraqa girməyə qadağan qoyub, ancaq hələ də xarici terrorçuların ölkəyə girməsinə yardım edir.
Source : İslamtimes
Comment