0
Wednesday 30 April 2014 - 23:08

İran ilə ticarət əlaqələri səbəbindən ABŞ bir sıra xarici şirkətlərə sanksiya tətbiq edib

Story Code : 378111
İran ilə ticarət əlaqələri səbəbindən ABŞ bir sıra xarici şirkətlərə sanksiya tətbiq edib
İran ilə ticarət əlaqələri səbəbindən ABŞ bir sıra xarici şirkətlərə sanksiya tətbiq edib
ABŞ hökuməti çərşənbə axşamı günü deyib ki, o səkkiz Çin şirkətini və üç Dubay şirkətini qara siyahıya əlavə edib.

ABŞ-ın maliyyə, dövlət və ədalət departamentləri İranın silah, neft və bank əməliyyatlarına tətbiq edilən məhdudiyyətləri pozan şirkətlərə cavab olaraq bir sıra tədbirlər hazırlayıblar.
Bu haqda məlumat ABŞ və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü üstəgəl Almaniya İran ilə nüvə enerji proqramı üzərində danışıqlar apardığı bir müddətdə yayıldı.

İran və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü – ABŞ, Fransa, Britaniya, Rusiya, Çin və üstəgəl Almaniya İsveçin Cenevrə şəhərində 2013-cü il 24 noyabr tarixində İran nüvə enerji proqramı üzərində yaranmış mübahisəyə son qoymaq üçün müvəqqəti razılıq əldə etdilər. Bu razılıq 20 yanvardan etibarən qüvvəyə mindi.

Cenevrə razılaşmasına əsasən İranın altı ay müddətində nüvə fəaliyyətində bəzi məhdudiyyətlər tətbiq etməsi müqabilində altı ölkə İrana qarşı sanksiyaları yüngülləşdirməyə söz verib. Həmçinin razılığa gəlinib ki, bu zaman çərçivəsində İslam Respublikasına qarşı sanksiya tətbiq edilməsin.

ABŞ-ın bu addımı İran prezidenti Həsən Ruhaninin çərşənbə axşamı günü 5+1 qrupu ilə İran arasında nüvə enerji proqramı üzərində gedən danışıqların son razılaşma həddinə çatması haqqında pessimist olmadığını dedikdən sonra baş verdi.

Ruhani canlı yayımda müsahibə zamanı deyib: “Mən danışıqlar haqqında pessimist deyiləm, ancaq altı ayın sonunda son razılığa gəlmək qarşı tərəfin nə dərəcədə düzgün reaksiya verib verməməsindən asılı olan bir məsələdir.”
Source : Islamtimes
Comment