Sentyabrın 20-də CNBC telekanalına müsahibə verən ABŞ prezidenti Barak Obama İranın nüvə proqramından narahatlıq ifadə edib. Ancaq o, məsələnin həllini İrana hərbi hücumda görmədiyini bildirib. “Media forum” saytının məlumatına görə, Barak Obama danışıqlara hazır olduğunu vurğulayıb: “İranın nüvə proqramını dayandırmaq üçün ABŞ və ya İsrailin hərbi yola üstünlük verməsi düzgün seçim deyil. Biz İranla İsrail arasında müharibə olacağını güman etmirik. Lakin həm də bütün seçimlərin stol üzərində olduğu qənaətindəyik”