0
Friday 2 May 2014 - 15:14

Ruslar NATO-nu düşmən elan etdilər

Story Code : 378510
Ruslar NATO-nu düşmən elan etdilər
“Ruslar NATO-nu özlərinə düşmən elan edib. Bu baxımdan biz də Rusiya ilə münasibətlərə yenidən baxmaq məcburiyyətindəyik. Artıq Rusiya bizim üçün müttəfiq deyil, çünki özünü düşmən kimi aparır”.
Bu açıqlama ilə NATO baş katibinin müavini Aleksandr Verşobu çıxış edib.
O deyib ki, təmsil etdiyi qurumun Rusiya ilə Avropada təhlükəsizlik məsələsi ilə bağlı fərqli fikirləri mövcuddur: “Artıq bəlli olur ki, biz Rusiya ilə qonşuluqda olan müttəfiqlərimizin suverenliyinin qorunması məsələsinə daha çox diqqət yetirməliyik. Rusiya öz ətrafındakı ölkələrə hegemonluq etməklə rus dünyasının təhlükəsizliyini qorumağa çalışır”.
Aleksandr Verşobu qeyd edib ki, Alyans Avropanın şərqində Rusiya ilə sərhəddə əlavə qüvvələr yerləşdirilməsi məsələsinə yenidən baxmaq məcburiyyətindədir.
Comment