0
Sunday 4 May 2014 - 09:11

Hələb və Kuneytrdə terrorçulara sarsıdıcı zərbə

Story Code : 379066
Hələb və Kuneytrdə terrorçulara sarsıdıcı zərbə
ABŞ və İsrailin dəstəyilə Kuneytrdə Suriya ordusuna hücum edən terrorçulara qarşı əks-əməliyyat keçirilib.  Sasa və Tel Əş Şam rayonlarında çox sayda terrorçu "Hizbullah" və Suriya ordusunun əks əməliyyatı zamanı qətlə yetirilib.  Suriya ordusu Kuneytrdə bir çox nöqtələri ələ keçirib.  Suriyalı analitik Malaz Miqdadın açıqlamasına görə, hazırda amerikan-sionist layihəsinə əsasən sərhəd xətti yaradılması üçün iş gedir. Bunun üçün amerikalı sionistlərə muzdlu qruplar bu layihənin həyata keçirilməsi üçün fəaliyyət göstərirlər".  Məhz "Hizbullah" və Suriya ordusunun əməliyyatı da bu muzdlulara qarşı olub. Çox sayda muzlu terrorçunun cəsədi "Əl Aləm" telekanalının vasitəsilə yayımlanıb.  Digər xəbər isə, Hələb zindana qarşı demək olar hər gün həyata keçirilən hücumlar haqdadır. Belə ki, Hələb zindanında saxlanılan yüzlərlə təkfirçi terrorçunun azad edilməsi üçün təkfirçilər hər gün bu həbsxanaya hücum həyata keçirirdilər. Lakin "Əl Bureyc" adlı təpənin ələ keçirilməsindən sonra artıq təkfirçiər bu hücumlara rism etməyəcəklıər. Çünki, bu təpəd bu zindana hücum edən hər bir kəsin məhv edilməsi üçün çox əhəmiyyətli və strateji əhəmiyyətə malik nöqtədir. Odur ki, "Əl Cəzirə" telekanalı Suriya ordusunun Hələbin bu bölgəsinə yaxınlaşdığını və müxalif qruplaşmaların sıxışdırılması haqda xəbər yayıb.  Qətərə bağlı və müxaliflərə dəstək verən "Əl Cəzirə" ordunun bu cür irəliləməsi durumunda müxaliflərin şəhərin şimal tərəfdən əlaqəsinin kəsiləcəyini və müxalif qruplaşmalara böyük problem yaradacağını qeyd edib. /islamazeri/
Comment