0
Tuesday 6 May 2014 - 19:11

Terrorçular Ayətullah Sistanini qətlə yetirmək ilə hədələyiblər

Story Code : 380205
Terrorçular Ayətullah Sistanini qətlə yetirmək ilə hədələyiblər
Terrorçular Ayətullah Sistanini qətlə yetirmək ilə hədələyiblər
Çərşənbə günü terror qrupu bəyanat yayaraq deyib: “İraqda mövcud olan Şiə dini lider Əli Sistani adlı şəxs halhazırda Səfəvi nəslindən qalan son nümayəndədir. Biz bütün şiələri xəbərdar edərək bildiririk ki, Sistani ya İraqı tərk etməlidir, ya da ki, biz onu qətlə yetirəcəyik.”

Fars dilli Adyan xəbər agentliyi dini rəhbərin yaşadığı şəhərin təhlükəsizlik rəsmilərinə istinad edərək deyib ki, İraqın cənub şəhəri olan Nəcəf şəhərində yaşayan Ayətullah Seyyid Sistaninin evinin ətrafında təhlükəsizlik tədbirləri xeyli gücləndirilib.

Təhlükəsizlik rəsmisi deyib: “Bütün insanlar bilsin ki, vəhhabi terrorçuların çirkli əlləri heç vaxt bizim böyük dini rəhbərimizə çatmayacaq.”

Həmçinin Suriya sərhəddində fəaliyyət göstərən İraq və Şam İslam Dövləti təkfirçi terror qrupu tez-tez İraqda mülki vətəndaşlara və təhlükəsizlik qüvvələrinə qarşı hücumlar təşkil edirlər.
İraq daxili işlər naziri deyib ki, terrorçular İraqa qarşı açıq müharibəyə başlayıblar və onlar Yaxın Şərq ölkəsi olan İraqı xaos və münaqişə içərisinə sürükləmək istəyirlər.

Xalq tərəfindən dəstəklənən İraq ordu qüvvələri Ənbər əyaləti də daxil olmaqla ölkənin qərb regionunda əl Qaidə terror şəbəkəsinə bağlı olan qruplara qarşı mübarizə aparır.
Source : Islamtimes
Comment