0
Tuesday 6 May 2014 - 21:44

Nobel Sülh Mükafatçısı İranın nüvə enerji proqramını dəstəkləyib

Story Code : 380244
Nobel Sülh Mükafatçısı İranın nüvə enerji proqramını dəstəkləyib
Nobel Sülh Mükafatçısı İranın nüvə enerji proqramını dəstəkləyib
O həmçinin İslam İnqilabı Rəhbəri Ayətullah əl üzma Seyyid Əli Xameneinin nüvə silahının istehsalı və istifadəsini qadağan edən fətva verməsini alqışlamış və İran ilə dünya dövlətləri arasında İran nüvə enerji proqramı üzərində yaranmış problemi həll etmək üçün davam edən danışıqların mühümlüyündən danışmışdır.

Maquire qərbin İrana qarşı məxsusən də səhiyyə sahəsinə tətbiq etdiyi sanksiyaları ədalətsiz və qeyri insani hesab etmiş və demişdir: “Mən bilirəm ki, sanksiyalar İran xalqına çox böyük təsirlər qoyub və ümid edirəm ki, bu sanksiyalar adi insanlara təsir etdiyindən İran və Suriya xalqına qarşı tətbiq edilmiş bu sanksiyalar tezliklə ləğv ediləcək.”

İsrailin nüvə silahı haqqında soruşulan suala cavab olaraq o deyib: “Mən bilirəm ki, bir sıra beynəlxalq cəmiyyət və təşkilatlar uzun müddət İsraili nüvə silahından tərkislah etmək üçün xeyli iş görüblər, ancaq buna nail olmayıblar.”
Maquire deyib: “Mən orada gördüm və öz etirazımı bildirdim və dedim ki, İsrailin nüvə fəaliyyəti və obyektləri yoxlanış üçün açıq olmalıdır.”

Maquire (27 yanvar 1944ci ildə anadan olub) Şimali İrlandiyadan olan sülh aktivistidir. O Betty Villimas və Kiaran Mk Koevn ilə birlikdə Sülh Qadınları adlı təşkilat yaradıb. Daha sonra bu təşkilat Şimali İrlandiyada mövcud olan problemləri həll etməyi qarşıya məqsəd qoyan bir təşkilata çevrildi. Maquier və Villiams 1976-cı ildə bu fəaliyyətlərinə görə Nobel Sülh Mükafatı ilə təltif edildilər. Maquire həmçinin bir sıra digər mükafatların da qalibi olub.
Yaxın bir neçə il ərzində o İsrail hökumətinin Qəzza Zolağına qarşı apardığı işğalçı siyasəti tənqid etmişdir.
Source : Islamtimes
Comment